reklam
Regionxeberlericom.az » Hadisə » Naxçıvanda ağır QƏZA: Avtomobil hissələrə bölündü, iki nəfər öldü

reklam

Naxçıvanda ağır QƏZA: Avtomobil hissələrə bölündü, iki nəfər öldü
















Naxçıvanda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

RegionXəbərləricom.az "Report"a istinadən xəbər verir ki, qəza Babək rayonunun Qahab kəndi ərazisində qeydə alınıb.

Belə ki, 33 yaşlı Möhlət Baxtıcamal oğlu Zamanovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil "Ford" markalı nəqliyyat vasitəsilə toqquşub. Dominos pizza

Nəticədə Qahab kənd sakini, Möhlət Baxtıcamal oğlu Zamanov və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini, Mənsur Mərdan oğlu Zamanov hadisə yerində həlak olublar.

Avtomobilin digər sərnişini, Naxışnərgiz kənd sakini, 30 yaşlı Şöhrət Aydın oğlu Zamanov isə ağır bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu deyilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi xilasetmə qrupu cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yol qəzasında "Mercedes-Benz" markalı avtomobil hissələrə bölünüb.





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 08:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər