Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq

Azərbaycanda iki qardaş xüsusilə külli miqdarda dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib.
Kənan və Emil Nurullayev qardaşları bir neçə nəfərin yarım milyondan çox pulunu ələ keçirməkdə ittiham olunurlar.
Zərərçəkmişlərin bir neçəsi dəmir ticarəti qurmaq, bir neçəsi isə müxtəlif qurumlara işə düzəltmək üçün qardaşlara ümumilikdə 593 min manat pul veriblər. Verilən vədlər yerinə yetirilmədikdən sonra isə zərərçəkmişlər prokurorluğa şikayət ediblər.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nurullayev qardaşlarına cinayət işi açılıb. Onlara qarşı AR Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxslərin bəlli yaşayış yerləri olması, ziyanın bir qisminin ödənilməsi nəzərə alınaraq barələrində həbs deyil, polis nəzarəti qaydasında qətimkan tədbiri seçilib.
İş üzrə ibtidai araşdırma bu günlərdə artıq başa çatıb. Verilmiş ittihamla təqsirləri sübuta yetiriləcəyi halda qardaşlar 14 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 14:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Cavanşir Yusifov plana düşən Bakıdan BELƏ PUL QAZANIR... - Samir Şərifovun himayəsi altında...

Quba-Xaçmaz regional təhsil idarəsi ən yüksək bal yığan müəllimi işsiz qoyub - Anlaşılmaz qərarlar ilə

Van Damın heykəli indi hardadır? - Bələdiyyə sədri: “Obyektin sahibi bilir” Sosial 13 Avqust

Şabranın küçələri zibil yığınları altında: Problemin həlli nə vaxt tapılacaq? - VİDEO

Təhsil sisteminin ağrılı yeri: Məktəblərdə müəllim çatışmazlığı və onun yaratdığı problemlər