Yasamalda binaya qanunsuz artırılan eyvan söküldü - Fotolar

Yasamalda “Üç tac”ın qarşısında yeni tikilən çoxmərtəbəli yaşayış binasında qanunsuz olaraq eyvan artırılıb.
RegionXəbərləricom.az Baki-baku.az-a istinadən xəbər verir ki, eyvan artırması köhnə və ya baxımsız tikilidə yox, məhz müasir, yeni inşa edilmiş binada edilib.
Paytaxtda son illərdə şəhərsalma normalarına uyğun tikilən, estetik və təhlükəsizlik standartlarına cavab verən binalarda belə halların olması ictimaiyyətdə də təəccüb doğurub. Söhbət hələ istismar müddətinin başlanğıcında olan, şəhərin müasir memarlıq görünüşünə aid binadan gedir.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən hadisə ilə bağlı araşdırma aparılıb və eyvanın qanunsuz olaraq artırılması təsdiqlənib.
BŞİH əməkdaşları dərhal sözügedən əraziyə gedib və qanunsuz artırılan eyvanın söküntüsü həyata keçirilib.
Vətəndaşa törətdiyi qanunsuz əməlin yaradacağı fəsadları ilə bağlı xəbərdarlıq edilib, binanın konstruksiyasının zərər görə biləcəyi, şəhərin estetik görünüşünə xələl gətirməsi istiqamətində maarifləndirici söhbət aparılıb.
Bakı Şəhər İcra Hakimiyyəti bildirir ki, qanunsuz tikililərin qarşısının alınması istiqamətində tədbirlər davam etdiriləcək və bu kimi hallara yol verən şəxslər barəsində qanunvericiliyə uyğun addımlar atılacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 10:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Cavanşir Yusifov plana düşən Bakıdan BELƏ PUL QAZANIR... - Samir Şərifovun himayəsi altında...

Quba-Xaçmaz regional təhsil idarəsi ən yüksək bal yığan müəllimi işsiz qoyub - Anlaşılmaz qərarlar ilə

Van Damın heykəli indi hardadır? - Bələdiyyə sədri: “Obyektin sahibi bilir” Sosial 13 Avqust

Şabranın küçələri zibil yığınları altında: Problemin həlli nə vaxt tapılacaq? - VİDEO

Təhsil sisteminin ağrılı yeri: Məktəblərdə müəllim çatışmazlığı və onun yaratdığı problemlər