reklam
Regionxeberlericom.az » Cəmiyyət » Həbsdəki ərinə narkotik keçirmək istədi

reklam

Həbsdəki ərinə narkotik keçirmək istədi
















Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə bu barədə Penitensiar Xidmətdən bildirilib.

Xəbərdə bildirilib ki, məhkumun həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd siqaretin içərisində xüsusi üsulla gizlədilmiş həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır” - məlumatda qeyd olunub.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 21:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər