İcra hakimiyyətlərinin ləğvi haqda önəmli açıqlama: “Türkiyə modeli...”
Son günlər sosial şəbəkələrdə icra hakimiyyətlərinin ləğvi ilə bağlı müzakirələr genişlənib. Bəs əgər ləğv olunarsa, bu qurumların əvəzinə yerli nümayəndəliklər yaradıla bilər?
Sabiq millət vəkili Vahid Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ çoxdan gündəmdədir.
Onun sözlərinə görə, burada iki məsələni həll etmək lazımdır: pizza sifarişi
“Birincisi, Konstitusiyada dəyişiklik olunmalıdır ki, icra hakimiyyəti ləğv edilsin. Fikrimcə, Azərbaycanda olan 14 iqtisadi rayonun hər biri üzrə xüsusi nümayəndə təyin olunmalıdır. Cənab Prezident tərəfindən təyin olunan bu nümayəndələr həmin rayonları idarə etməlidirlər.
İkincisi, bələdiyyələrin statusu məsələsinə baxmaq lazımdır. Bələdiyyələrə kifayət qədər geniş səlahiyyətlər vermək lazımdır ki, onların imkanları artsın və Türkiyə modelinə yaxınlaşsın.
Yəni elə şərait yaradılmalıdır ki, bələdiyyələr söz sahibi olsun, bütün sosial məsələlərə baxsın və onları həll etsin. Çünki bələdiyyə çox əhəmiyyətli bir orqandır. Baxmayaraq ki, 1999-cu ildə yaranıb, kifayət qədər müddət keçməsinə baxmayaraq, hələ də bu institut tam formalaşmayıb”.
V.Əhmədov bir daha qeyd edib ki, 14 iqtisadi rayonun hər birinə Cənab Prezidentin nümayəndəsi təyin olunmalıdır. Onlar daha çox siyasi məsələlərlə məşğul olacaqlar, lakin sosial və iqtisadi məsələlərə də baxa bilərlər. Amma belə bir addım atılarsa, mütləq Konstitusiyada dəyişiklik etmək lazımdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 09:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.

Lökbatanda yaşayış binasında PARTLAYIŞ: “Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik” - Video

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu - TƏFƏRRÜAT

Saatlıda narkotik tərkibli bitkilərin gizli yetişdirildiyi tunel AŞKARLANDI - VİDEO