Çikatilonun oğlu Ukraynadakı müharibədə ölüb

SSRİ dövründə silsilə qətllər törədən Andrey Çikatilonun oğlu Yuriy Xarkov istiqamətində gedən döyüşlərdə ölüb.
“SHOT” teleqram kanalı xəbər verir ki, Yuriy Ukrayna tərəfindən döyüşlərdə iştirak edib.
Bildirilib ki, o, Ukraynadakı müharibənin ilk günlərindən döyüşə gedib və artilleriya bölməsində xidmət edib. 2025-ci ilin yanvarında onun tərkibində olduğu bölmə Xarkovdan 20 kilometr məsafədə Rusiya ordusu tərəfindən genişmiqyaslı atəşə məruz qalıb.
Ukrayna ilk olaraq Yuriyi itkin düşmüş elan etmişdi, onun döyüşdə öldüyü isə indi təsdiqlənib.
Qeyd edək ki, Andrey Çikatilo 1992-ci ildə 52 insanın qətlinə görə mühakimə olunub. O özü isə 55 və daha artıq insanı qətlə yetirdiyini boynuna alıb. Çikatilo 1994-cü ilin fevralında güllələnərək edam edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 14:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Gözə kül üfürmək: Emin Əmrullayev və Eşqi Bağırov Azərbaycanın sadəcə Bakıdan ibarət olduğunu düşünür.

Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə