Rəqsanə həbsdə qaldı

1 milyonluq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsi indilərdə qərarını açıqlayıb.
Müğənninin vəkili Hikmət Əliyev birinci instansiya qərarının ləğv edilməsini, müvəkkilinin sərbəst buraxılmasını istəyib. Rəqsanə özü də həbs qərarına etiraz edib.
Məhkəmə cinayətin ağırlığını, dəymiş ziyanın ödənilməməsini, ən əsası istintaqın yeni başlamasını nəzərə alıb. Nəticədə apellyasiya şikayəti təmin edilməyərək, Rəqsanənin həbsinin davamına qərar verilib.
Qeyd edək ki, cinayət işinin istintaqını polis aparır. İş materiallarında yazır ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirib.
Zərərçəkmişə dəymiş ziyan ödənilməyəcəyi halda müğənni 14 ilə kimi həbslə cəzalandırıla bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 15:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Gözə kül üfürmək: Emin Əmrullayev və Eşqi Bağırov Azərbaycanın sadəcə Bakıdan ibarət olduğunu düşünür.

Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə