NATO bu il Ukraynaya hərbi yardımı artıracaq
Ukrayna 2024-cü ildə NATO ölkələrindən 50 milyard dollarlıq hərbi yardım alıb, lakin bu il verilən silahların miqdarı artacaq.
Bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bildirib.
“2024-cü ildə edilən yardımın həcmi 50 milyard dollara çatıb. 2025-ci il yanvarın 1-nə biz artıq 33 milyard dollara çatmışıq, lakin ilin sonuna qədər əvvəlki rəqəmə uyğun olacağıq; proqnozlar çox optimistdir”, - o deyib.
Draqonenin sözlərinə görə, NATO ölkələri hərbi yardımı davam etdirmək və hətta artırmaq niyyətindədir.
ABŞ və NATO Ukraynaya hərbi yardım göstərmək üçün “Prioritized Ukraine Requirements List” (PURL) adlı yeni mexanizm işə salıb.
Bu təşəbbüs Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte arasında əldə olunan razılaşmalar çərçivəsində həyata keçirilir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə Ukraynaya Amerika silahlarının tədarükü ilə bağlı razılığa gəldiyini bildirmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 16:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"