Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"

Naxçıvan şəhəri, Sədərək rayon sakini Zamanov Kəmaləddin Nəcəf oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Sədərək Rayon Xəstəxanasının tibbi avadanlıqlarının oğurlandığını bildirir:
“Mən, Zamanov Kəmaləddin Nəcəf oğlu, yazaraq xahiş edirəm ki, problemimizi işıqlandırasınız.
Bildirim ki, Birinci Qarabağ Müharibəsinin qazisi, Sədərək rayon Müharibə Veteranları İctimayi Birliyinin sədri, Yeni Azerbaycan Partiyasının fəal üzvüyəm. Müavinim Babayev Heydər Kamil oğlu və ictimai fəal Rzazadə Vidadi Zeynal oğlu - hər zaman dövlətimizin, vətənimizin yanında olmuşuq.
Diqqətinizə çatdırım ki, 2 ilə yaxındır Sədərək Rayon Mərkəzi Xəstəxanasında olan tibbi avadanlıqlar hansısa məmur tərəfindən oğurlanıb. Həmin avadanlıqlar Şərur Rayon Xəstəxanasının zirzəmisində saxlanılır.
Sədərək Rayon Xəstəxanasının baş həkimi Coşqun Babayevin vasitəsilə Səhiyyə Nazirliyinə müraciət etsək də, bu məsələyə laqeyd yanaşdılar.
Biz səlahiyyətli qurumlardan xahiş edirik, dövlətin büdcəsinə xüsusilə külli miqdarda ziyan vuran məmurlar araşdırılıb cəzası verilsin.
Xəstəxananın baş həkimi həmçinin bildirir ki, xəstəxanada 40 yaxın vakant yer var, lakin uzaq olduğu üçün hər adam gəlmir. Rayonun özündə yaşayan həkimləri baş həkimə məsləhət verdikdə isə "nazirlik icazə vermədi" deyir.
Biz, Sədərək sakinləri, cənab Prezidentdən kömək istəyirik. Naxçıvan şəhərində səhiyyədə işləyən, millətə xeyri dəyməyən həkimləri vəzifədən uzaqlaşdırın.
"Təcili yardım"ın baş həkimi Vüsal Əliyev Sədərək camaatına can yandırmır. Rayonun özündə onlarla işsiz sürücü olsa da, heç kimə iş vermir. Başqa yerlərdən sürücü işə götürür. Həmin sürücülər də çatma məntəqəsinə yolu tanımadıqları üçün vaxtında çatmırlar. Baş həkimin burada marağı nədir? Niyə rayonda olan sürücülərə iş vermir, digər yerlərdən işçi götürür?!
Naxçıvanda səhiyyə ticarətə çevrilib. Tək ümid yerimiz cənab İlham Əliyevdirr. Cənab Prezident, xahiş edirik rüşvətxor məmurları səhiyyəmizdən uzaqlaşdırın". (Hurriyyet.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 20:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT