reklam
Regionxeberlericom.az » İdman » Azərbaycan güləşçiləri dünya çempionatında daha 2 medal qazandılar

reklam

Azərbaycan güləşçiləri dünya çempionatında daha 2 medal qazandılar
















Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı sona yaxınlaşır.

Yarışın yeddinci günündə daha 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.

Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiylə gərgin mübarizə şəraitində keçən görüşdə 3:5 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb. pizza

Fəraim Mustafayev (67 kq) isə yaponiyalı Takaku Suzukiyə 5:4 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı Yussuf Aşrapova “tuş”la uduzub.

Beləliklə, dünya çempionatında medallarımızın sayı 8-ə çatıb. Daha öncə Ayxan Cavadov (60 kq) qızıl, Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 22:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər