reklam
Regionxeberlericom.az » Siyasət » “Mən İŞİD-in qurbanıyam” - Əl Şaraa

reklam

“Mən İŞİD-in qurbanıyam” - Əl Şaraa
















Suriya Prezidenti Əhməd Əl Şaraa “Müsəlman Qardaşlar” hərəkatına mənsub olması barədə iddiaları təkzib edib və özünü İŞİD terror təşkilatının əsas qurbanı adlandırıb.

O bu barədə Küveytin “Əl-Nahar” nəşrinə müsahibəsində bildirib.

Əl Şaraa qeyd edib ki, regiondakı bütün millətçi və radikal islamçı ideologiyalar iflasa uğrayıb.

Onun sözlərinə görə, ölkə daxilində istənilən separatçı çağırışlar yalnız xəyal olaraq qalacaq, kürdlər və Suveyda əyalətinin sakinləri ilə mümkün razılaşmalar isə yalnız Suriyanın birliyi çərçivəsində müzakirə edilməlidir.

İsraillə münasibətlərin normallaşması barədə suala cavab verən Suriya lideri bildirib ki, bu, yalnız Qolan təpələrinin qaytarılması və 1974-cü il tarixli sazişin yerinə yetirilməsi ilə mümkün olacaq: “Bu şərtlər yerinə yetirilmədən sülh sazişindən söhbət gedə bilməz”.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 08:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər