“Changan Azərbaycan” müştərinin başına oyun açıb: 5 aydır...
“Changan Azərbaycan” Bakıda qəzaya düşən avtomobil üçün müştəri tərəfindən sifariş edilən ehtiyat hissələrini təxminən beş aya yaxındır ki, gətirib çıxara bilmir.
Bu xoşagəlməz hadisə ilə sürücü Fidan Həsənzadə qarşılaşıb.
“Changan CS15” markalı avtomobil idarə edən sürücü cari ilin mart ayının 19-da qəzaya düşdüyünü və aprelin əvvəlində avtomobili servisə apardığını xatırladıb. pizza hut
Sürücü söyləyib ki, ilkin baxış və qiymətləndirmədən sonra ona bir neçə detalın ölkəyə gətirilməsinin zəruri olduğu bildirilib.
F.Həsənzadə qeyd edib ki, sığorta bu qəzada zərəri çox yüksək məbləğdə qiymətləndirib:
“Lakin artıq 4 ay yarım – demək olar ki, 5 aydır – Changan servisi maşınımın detallarını gətirib çıxarmır. Bununla yanaşı, avtomobilimi başqa yerdə təmir etməyimə də icazə vermir. Əks halda 2027-ci ilədək qüvvədə olan və avtomobilin motor, karobka və s. kimi hissələrinə aid olan zəmanət düşəcək.
Bütün bunlara baxmayaraq, uzun müddətdir ki detalların gətirilməsini gözləyirəm. Sığortadan aldığım məlumata əsasən, maşının detallarının gətirilməsinə qədər servis avtomobili müvəqqəti detallarla təmin etməli və təmir etməlidir. Detallar gəldikdən sonra isə onların yenilənməsi həyata keçirilməlidir.
Lakin Changan servisi bunu da etmir. İstər şirkət rəhbərliyinə, istər servis rəhbərliyinə müraciət etsəm də, 5 aydır proses bu şəkildə davam edir. Mənə çox maraqlıdır ki, bu məsələ nə vaxt düzələcək.
Baxmayaraq ki Changan bazarda artıq tanınmış və özünü sübut etmiş brenddir, servisin belə bərbad çalışması brend haqqında olan fikirləri də tərsinə çevirir”. (İqtisadiyyat.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 09:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT