VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

Gəncə şəhərində 20 hektar ərazidə yerləşən “Grand Qafqaz Ticarət Kompleksi” (“Gəncə Bazar Store” MMC) banka olan kredit borcuna görə hərraca çıxarılır.
“Gununəsəsi.info” saytının yaydığı məlumata görə, bazarın sahibi – Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin ailə üzvləri “Xalq Bank”dan götürülmüş 5 milyon manatlıq krediti qaytarmayıblar. Nəticədə məhkəmə kreditin əvəzinə bankın girov kimi qoyulmuş əmlakının hərraca çıxarılaraq satılması və borcun ödənilməsi barədə qərar çıxarıb.
Məlumata görə, 5 milyon manatlıq kreditin 3 milyon 800 min manatı hələ də ödənilməyib. Bank bu vəsaitlə yanaşı, 99 min 996 manat faiz borcu, gecikmənin hər günü üçün illik 30 faiz dərəcə ilə hesablanan 250 min 589 manat cərimə olmaqla, ümumilikdə 4 milyon 182 min manat pulun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Tələb edilib ki, məhkəmə borcun girov qoyulmuş əmlakın satılması hesabına ödənilməsinə qərar versin.

Məhkəmə də bu tələblə razılaşıb və ticarət kompleksinin hərraca çıxarılaraq satılmasına, əldə olunacaq vəsaitin bankın borcunun ödənilməsinə yönəldilməsinə qərar verib.

Azpolitika-info-yadaxil olan məlumatlara görə, kreditin uzun müddət ərzində ödənilməməsi təəccüb doğurur. Belə ki, məlumatlara görə, Vəliyevlər hər ay bazardakı obyektlərin icarəsindən 200 min manata qədər vəsait toplayıb. Lakin bu vəsait kreditin ödənilməsinə yönəldilməyib. Bundan əlavə, MMC-nin külli miqdarda vergi borcları da yaranıb. Bu səbəbdən Dövlət Vergi Xidməti də şirkət barəsində araşdırma başladıb.
Qeyd edək ki, bazarda bütün ticarət yerləri icarəyə verilməsə də, kifayət qədər sayda obyekt fəaliyyət göstərir. Mənbələrin bildirdiyinə görə, ticarət mərkəzinin hərraca çıxarılmasına qədər gətirib çıxaran problemlər MMC-nin idarə olunmasındakı ciddi qüsurlarla bağlıdır. Əgər hər ay toplanan vəsaitlər borcların ödənilməsinə və ticarət mərkəzinin inkişafına sərf olunsaydı, bu nəhəng bazar hərraca çıxarılmazdı...(Gununəsəsi.info)
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 12:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır