"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

Məni öz xahişimlə işdən azad etmək istəyirlər, dəfələrlə ərizəni öz xahişimlə imzalamağımı təklif ediblər,...
Bu iddia Bakı şəhəri Buzovna qəsəbəsi, Koroğlu küçəsində yaşayan Kərimova Güllər Kərim qızının "Bilgəh" Kardioloji Sanatoriyası ilə bağlı "Yenixeber.org"-a daxil olmuş şikayət məktubunda yer alır. Səbəb göstərilmədən işçilərin ixtirasının kütləvi narazılıq doğurduğu da bildirilir.
Biz və digər iddialarla bağlı qarşı tərəfi də, dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:
Yazıb sizə bildirirəm ki, mən Kərimova Güllər Kərim qızı 1984-cü ildən bəri Bilgəh Kardioloji Sanatoriyasında xadimə vəzifəsində işləyirəm. İsgəndərov Afiyəddin təqribən 4 aydır ki, sanatoriyaya baş həkim vəzifəsinə təyin olunub və bu vaxtdan sonra səbəb göstərmədən sanatoriyanın bir çox köhnə işçilərinin əmək müqaviləsinə xitam verib. Səhhətimlə əlaqədar olaraq mən 11 iyul 2025-ci il tarixdə Bakı şəh. 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında həkim qəbulunda olmuşam və Əziz Dr. tərəfindən 15 iyulda adıçəkilən xəstəxanada əməliyyat olunmuşam.
Qanunamüvafiq olaraq əmək qabilyyətimi müvəqqəti itirdiyimə görə işlədiyim sanatoriyaya ərizə (bülleten) təqdim etmişəm. Lakin 15 avqust 2025-ci il tarixdə yenidən işə qayıtdığımda baş həkim məni işə -öz vəzifəmə qəbul etməyib. Səbəb kimi hal-hazırki vəziyyətdə mənim burada işləyə bilməyəcimi göstərib. Hərçənd ki "epikrizdə" öz əmək funksiyalarımı 15 avqust 2025-ci il tarixdən etibarən yenidən yerinə yetirə biləcəyimə dair həkim rəyi var . Bülleteni təqdim etdiyim halda məndən yenidən başqa bir xəstəlik arayışı tələb edirlər. ”Hansı arayışı istəyirsiniz ?” soruşduqda isə “Bilmirik” cavabını eşidirəm.
Məni öz xahişimlə işdən azad etmək istəyirlər, dəfələrlə ərizəni öz xahişimlə imzalamağımı təklif ediblər , amma mənim iş müqaviləm qüvvədədir. Mən yenidən sanatoriyaya qayıdıb işləmək istəyirəm və buna mənim səhhətim də imkan verir. Ailə başçısını itirmişəm, ailədə məndən başqa kimsə işləmir, aylıq öhdəçiliyim çoxdur, azyaşlı nəvəm mənim himayəmdədir. Azərbaycan Beynəlxalq Bankına aylıq kredit ödənişim var. Sizdən xahişim bu məsələyə ədalətli şəkildə baxmasına və yenidən məni işə bərpa olunmağıma kömək etməyinizdir.(Yenixeber.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 14:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır