reklam
Regionxeberlericom.az » Araşdırma » YAP-ın yeni rayon sədrləri kimlərdir? - Köməkçi, "Bank Məhəmməd”, AzTV məşhuru...

reklam

YAP-ın yeni rayon sədrləri kimlərdir? - Köməkçi, "Bank Məhəmməd”, AzTV məşhuru...















Xəbər verdiyimiz kimi, dünən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. Müzakirələrdən sonra səsvermə keçirilib və aşağıdakı şəxslər yerli təşkilat sədrləri təyin olunub.


RegionXəbərləri.com xəbər verir ki, Qaynarinfo YAP-ın şəhər və rayon təşkilatına seçilən yeni sədrlərin kimliklərini araşdırıb:

Sumqayıt şəhər təşkilatının yeni sədri Hüseynov Ramiz Ağəli oğlu - 05.01.2017-ci ildə Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Sumqayıt Dövlət Universitetində Humanitar məsələlər üzrə prorektor vəzifəsinə təyin edilib. Hazırda da bu vəzifədə çalışır.

Abşeron rayon təşkilatının yeni sədri Əliyev Abbas İslam oğlu - YAP rayon təşkilatının Aparat rəhbəri vəzifəsində çalışıb.

Xızı rayon təşkilatının yeni sədri Quliyev Ayaz Sərvər oğlu - Xızı Rayon İcra Hakimiyyətində çalışıb. RİH-nin Apelyasiya Şurası Katibliyinin rəhbəri, RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiridir.

Ağsu rayon təşkilatının yeni sədri Abdullayev Füzuli Tahir oğlu - YAP rayon təşkilatının sədr müavini olub.

İsmayıllı rayon təşkilatının yeni sədri Muradov Zaur Fazil oğlu - İsmayıllı Peşə Tədris Mərkəzinin direktorudur.

Qobustan rayon təşkilatının yeni sədri Qasımov Qasım Nurməhəmməd oğlu - Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının keçmiş 1-ci müavinidir. Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri olub. Bir neçə il bundan əvvəl partiyasını YAP-a birləşdirib. Partiyası 1994-cü ildə qeydiyyata alınıb.

Şamaxı rayon təşkilatının yeni sədri Qasımlı Tural Şahnəzər oğlu - Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədr müavini olub. O, AzTV-də yayımlanan verilişdə titrlə məşhurlaşıb. Belə ki, onun vəzifəsi YAP-ın Şamaxı filialının xalqla əlaqələr departamentinin ictimai tərəqqi zümrəsinin ideoloji məsləhətçisinin köməkçisi kimi göstərilmişdi.

Gəncə şəhər təşkilatının yeni sədri Orucov Ramil Mayıl oğlu - Gəncə şəhər İcra Hakimiyyətinin Şəhər İdarəetmə Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Naftalan şəhər təşkilatının yeni sədri Heydərov Rövlan Nəsib oğlu - YAP Naftalan şəhər təşkilatının Aparat rəhbəri olub.

Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğlu - 2001-ci il tarixindən Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının sədridir. O yenidən sədr seçilib.

Goranboy rayon təşkilatının sədri İsmayılov Elçin Şəmil oğlu - Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. Uzun müddətdir rayon partiya sədridir.

Göygöl rayon təşkilatı yeni sədri İsayev Vüqar Sabir oğlu - Hazırda rayon RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridir.

Samux rayon təşkilatının sədri Bayramov Gündüz Çankay oğlu - Uzun illərdir YAP-ın rayon təşkilatının sədridir.

Ağcabədi rayon təşkilatının sədri Əhmədov Rövşən Nağı oğlu - Rayon İcra Hakimiyyəti başçısının birinci müavinidir.

Ağdam rayon təşkilatının yeni sədri Quliyev Mansur Söhbət oğlu – Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridir.

Bərdə rayon təşkilatının sədri Şadlinskaya Faqət Nəcəb qızı - İxtisasça jurnalist olan Faqət Şadlinskaya Bərdə rayon İcra Hakimiyyəti başçısının müavinidir. Bərdə rayon təşkilatının IX və X konfranslarında sədr seçilib.

Füzuli rayon təşkilatının sədri Həşimova Almaz Ələkbər qızı - Füzuli rayon təşkilatının V və VI konfranslarında sədr seçilib.

Xocalı rayon təşkilatının sədri Əliyev Vahid Surxay oğlu - Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir. Xocalı rayon təşkilatının I - IX konfranslarında sədr seçilib.

Xocavənd rayon təşkilatının yeni sədri Hüseynov Vüsal Cavay oğlu - Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı Gənclər birliyinin sədri olub.

Şuşa rayon təşkilatının sədri Əliyev Təvəkkül Böyükkişi oğlu - 2008-ci ildən Şuşa Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir. Şuşa rayon təşkilatının III – V konfranslarında sədr seçilib.

Tərtər rayon təşkilatının yeni sədri Əsədov Eldar Garay oğlu - VI çağırış Milli Məclisə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən 95 saylı Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülüb. İcra nümayəndəsi işləyib.

Ağstafa rayon təşkilatının yeni sədri Hacıyev Etibar Cəfər oğlu - Ağstafa şəhər İƏD üzrə nümayəndəsi olub.

Gədəbəy rayon təşkilatının sədri Nağıyev Rüstəm Vaqif oğlu - Gədəbəy rayon təşkilatının VIII - X konfranslarında sədr seçilib.

Qazax rayon təşkilatının yeni sədri Nəbiyev Anar Telman oğlu - YAP Qazax rayon təşkilatının fəalı kimi tanınır. Qazax şəhər Kommunal Müəssisələri Kombinatının rəisi Sarıxan Nəbiyevin qardaşıdır.

Şəmkir rayon təşkilatının sədri Vəliyev Fəxrəddin Vəli oğlu - 2013-cü ilin dekabr ayının 27-dən indiyə qədər Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyir. 2000-ci il oktyabr ayından indiyədək Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədridir.

Tovuz rayon təşkilatının yeni sədri Pənahov Nihad Məmmədtağı oğlu - YAP Tovuz rayon təşkilatının Gənclər Birliyinin sədri olub.

Xaçmaz rayon təşkilatının yeni sədri Balaqadaşov Məhəmməd Müslüm oğlu - Uzun illər ləğv edilən Vergilər nazirliyinin Maliyyə-təsərüffat idarəsinin rəisi, müavini işləyib. Bank sektorunda da çalışıb. Rayonda onu "Bank Məhəmməd” kimi tanıyırlar. Onun Xaçmazda geniş biznes şəbəkəsinə sahib olduğu deyilir.


Quba rayon təşkilatının yeni sədri Nəbizadə Fidan Nizami qızı - Quba rayonu Bağbanlı kənd R.Mütəllimov adına tam orta məktəbin direktorudur.

Qusar rayon təşkilatının sədri İbramxəlilov David Nurəddin oğlu - 2008-ci ildən Yeni Azərbaycan Partiyası Qusar təşkilatının sədri, partiyanın Siyasi Şuranın üzvüdür. 2008-ci ilin yanvar ayından 2016-ci ilin noyabrına qədər Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2017-ci ilin yanvarından Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Qusar rayon üzrə nümayəndəsi işləyir.

Siyəzən rayon təşkilatının yeni sədri Baxşıyev Samir Vadim oğlu - Gilgilçay qəsəbə məktəbinin direktorudur.

Şabran rayon təşkilatı sədri Balabəyov Mehdi Eyyub oğlu - İcra başçısının birinci müavinidir. Şabran rayon təşkilatının III - VIII konfranslarında sədr seçilib.

Astara rayon təşkilatının yeni sədri Cəfərov Həbib Zərxan oğlu - Milli Məclisinin 77 saylı Astara seçki dairəsinin deputatı Rəşad Mahmudovun köməkçisidir.

Cəlilabad rayon təşkilatının sədri Mirxaslı Mirsüleyman Mirismayıl oğlu - 1999-2004-cü il Cəlilabad şəhər bələdiyyəsinin üzvü, 2005-ci ildə Milli Məclis seçkilərində namizəd olub. Cəlilabad rayon təşkilatının III - IX konfranslarında sədr seçilib.

Lerik rayon təşkilatının yeni sədri Mirzəyev Malik Soltanağa oğlu - Dövlət Sosial Müdafiə Fondunun Lerik rayon şöbəsinin müdiridir.

Lənkəran şəhər təşkilatının yeni sədri Əmənullayev İqbal Qabil oğlu - Lənkəran Tibb Kollecinin direktorudur.

Masallı rayon təşkilatının sədri Əliyev Seyfəddin Abusət oğlu - 2011-ci il tarixdən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədridir. 2 iyun 2019-cu il tarixədən indiyədək Masallı rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerliözünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyir.

Yardımlı rayon təşkilatının yeni sədri Alışov Anar Xalıq oğlu - YAP-ın Yardımlı rayonu üzrə sədr müavini işləyib.

Mingəçevir şəhər təşkilatının sədri Yusubov Cavanşir Nəriman oğlu - Mingəçevir şəhər təşkilatının IV - IX konfranslarında sədr seçilib. 1999-2013-cu illərdə Mingəçevir bələdiyyəsinin sədri olub.

Ağdaş rayon təşkilatının yeni sədri Rəcəbov Əlişah Rəcəb oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional Ekologiya İdarəsinin rəisi olub.

Göyçay rayon təşkilatının yeni sədri Şükürov Sahib Yunis oğlu - Ağdaş Regional Mədəniyyət İdarəsinin rəis müavini işləyib.

Kürdəmir rayon təşkilatının yeni sədri Cəbrayılov Ayaz Akif oğlu - Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon filialının müdiri, Kürdəmir rayonu üzrə Maliyyə idarəsinin rəisi olub.

Ucar rayon təşkilatının sədri Abdullayeva Şəhla Əhməd qızı - Ucar rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir. Ucar rayon təşkilatının IV – VIII konfranslarında sədr seçilib.

Yevlax rayon təşkilatının yeni sədri Əliyev Rafiq Vaqif oğlu - YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri olub.

Zərdab rayon təşkilatının yeni sədri Əliyev İlkin Böyükağa oğlu - Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisidir.

Beyləqan rayon təşkilatının yeni sədri Səfərov Müşfiq Arzuman oğlu - YAP Beyləqan rayon təşkilatının Aparat rəhbəri olub.

İmişli rayon təşkilatının sədri Ağayev Səfa Malik oğlu - İmişli İcra Hakimiyyəti başçısının birinci müavinidir.

Saatlı rayon təşkilatının sədri Şıxəliyev Lütvəli İbrahim oğlu - Saatlı rayon təşkilatının III - VIII konfranslarında sədr seçilib.

Sabirabad rayon təşkilatının yeni sədri Rüstəmov Varis Rüstəm oğlu - Milli Məclisin deputatının köməkçisidir. YAP rayon Gənclər Təşkilatının sədri olub.

Balakən rayon təşkilatının sədri Balayev Azad Rizvan oğlu - 10 yanvar 2007-ci il tarixdən Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 7 yanvar 2012-ci il tarixdən YAP Balakən rayon təşkilatının sədridir.

Qax rayon təşkilatının yeni sədri Allahverdiyev Natiq Şükür oğlu - YAP Qax rayon təşkilatının Aparat rəhbəri olub.

Qəbələ rayon təşkilatının sədri Ağasəfov Abil Adil oğlu - Qəbələ rayon təşkilatının VIII və IX konfranslarında sədr seçilib. Qəbələ rayon İcra Hakimiyyəti başçısının birinci müavinidir.

Oğuz rayon təşkilatının sədri Məhərrəmov Saleh Calal oğlu - Oğuz rayon təşkilatının VI - X konfranslarında sədr seçilib. Oğuz rayon İcra Hakimiyyətinin Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiridir.

Şəki şəhər təşkilatının yeni sədri Mikayılov Daşqın Gündüz oğlu - Şəki Gənclər və İdman İdarəsinin rəisidir.

Zaqatala rayon təşkilatının sədri Qurbanov Habil Qurban oğlu - Zaqatala Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiridir. Zaqatala rayon təşkilatının VII - IX konfranslarında sədr seçilib.

Cəbrayıl rayon təşkilatının sədri Fərzəliyev Arif Aydın oğlu - Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavinidir. Cəbrayıl rayon təşkilatının III - VI konfranslarında sədr seçilib.

Kəlbəcər rayon təşkilatının yeni sədri Misirov Həbib Məhərrəm oğlu - "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavinidir. Uzun illər "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun deputat olduğu dövürdə köməkçisi olub.

Qubadlı rayon təşkilatının yeni sədri Rüstəmov Təhmasib İbrahimxəlil oğlu - Təhmasib Rüstəmov ictimai fəallığı ilə seçilir.

Laçın rayon təşkilatının sədri İlyasov İlqar Süleyman oğlu - Laçın rayon təşkilatının X konfransında sədr seçilib. Laçın rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə çalışır.

Zəngilan rayon təşkilatının yeni sədri Quluzadə Natiq Qurban oğlu - Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisidir.

Şirvan şəhər təşkilatının yeni sədri Qəhrəmanov Zahir Məmmədyar oğlu - Hazırda Şirvan Maye Qaz Doldurma Stansiyasının rəisidir.

Biləsuvar rayon təşkilatının yeni sədri Qurbanlı Kamil Məhəmməd oğlu - Biləsuvar İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidir.

Hacıqabul rayon təşkilatının yeni sədri Əmirəslanov Elnur Mehman oğlu - Turizm Şöbəsinin müdiri olub. Hazırda Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsidir.

Neftçala rayon təşkilatının yeni sədri Fərzəliyev Ülvi Cəlil oğlu - Asif Dadaşov adına Yeniqışlaq kənd ümümi orta məktəbinin direktorudur. YAP-ın rayon təşkilatı Gənclər Birliyinin sədri olub.

Salyan rayon təşkilatının yeni sədri Əhmədov Elmar Ağakişi oğlu - YAP-ın rayon təşkilatının fəal üzvlərindəndir. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə partiyanın Salyan rayonu üzrə səlahiyyətli və maliyyə məsələləri üzrə nümayəndəsi olub.



Paylaş:


Müəllif : Tarix:
29-01-2022, 13:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər