reklam
Regionxeberlericom.az » Gündəm » 35 hərbiçi təzminat almaq üçün bir-birini güllələdi - Rusiya ordusunda qalmaqal

reklam

35 hərbiçi təzminat almaq üçün bir-birini güllələdi - Rusiya ordusunda qalmaqal


















Rusiya ordusundakı yüksək rütbəli şəxslər də daxil olmaqla 35 nəfər Ukrayna ilə döyüşdə yaralandıqları görüntüsü yaradaraq təzminat almaq üçün bir-birini güllələyib. 

Bu yollla polkovnik Artem Qorodilov  və polkovnik-leytenant Konstantin Frolovla yanaşı bir neçə əsgər təzminat alıb. 

Qalmaqal günlər sonra bir əsgərin hadisəni ifşa etməsi nəticəsində üzə çıxıb.

Rusiya Hərbi Prokurorluğu 83-cü Qvardiya Hava Desant Briqadasının əsgər və zabitlərinin saxta döyüş yaraları yaratmaq üçün bir-birini qəsdən güllələdiyini aşkara çıxardıb.

İstintaq zamanı keçmiş briqada komandiri polkovnik Artem Qorodilov və “Cəllad” ləqəbli polkovnik-leytenant Konstantin Frolov cinayətlərini etiraf ediblər.

Dosyedəki sənədlər Frolovun öz yaralarını saxtalaşdırmaq üçün əsgərlərinə onu güllələməyi əmr etdiyini göstərir.

Onun geyimində yeddi yara izi olsa da, müayinələr yaraların dördünün saxta olduğunu üzə çıxarıb. 

İstintaqın məlumatına görə, bu briqadanın 30-dan çox hərbçisi cəbhədə aldıqları iddia edilən yaralara və xəsarətlərə görə ümumilikdə 200 milyon rubldan çox ödəniş alıblar.

Bu yaralar həm də komandirlər tərəfindən qurbanların “İgidliyə görə” ordeni və  medalı ilə təltif edilməsi ilə bağlı təkliflər verməsi üçün əsas olub.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 21:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər