reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

reklam

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”















“Hər müəllim öz tələbəsini qalib etmək dərdindədir. Bu iştirakçıların hər biri muğam sənətinin davamçısıdır. Neqativ halları görəndə onların da ümidləri qırılır. Düşünürlər ki, müəllimi müsabiqədə münsif kimi çıxış etmirsə, heç kəs arxasında durmayacaq”.

Bu sözləri Xalq artisti Simarə İmanova deyib.

O, IX "Muğam" Teleiziya Müsabiqəsində baş verən qalmaqalla bağlı fikirlərini bölüşüb. Marqarita pizza

Xanəndə bildirib ki, müsabiqədə münsiflərin tələbələrinin sayına məhdudiyyət qoyulmalıdır:

“Görünən kəndə bələdçi lazım deyil. Müsabiqə iştirakçıları isə bunu daha aydın şəkildə hiss edir. Bir Xalq artisti olaraq düşünürəm ki, münsiflər öz tələbələrinin sayı minimuma endirilməlidir. Axı, müəllim öz tələbəsinə necə obyektiv qiymət verə bilər?

Təbii ki, heç kim öz yetişdirdiyi tələbəni geridə qoymaq istəməz. Bu isə haqq-ədalətə ziddir. Münsiflər tamamilə bitərəf olmalıdır. Əks halda, belə söz-söhbətlər davam edəcək”.

S. İmanova əlavə edib ki, Kənan Novruzovun etirazından sonra digər iştirakçılar da nəticələrin saxtalaşdırıldığını dilə gətiriblər:

“Muğam Müsabiqəsinin illərdir dəyişməyən standart münsiflər heyəti var. Halbuki ölkədə çox sayda muğam ustası var. Niyə hər il həmin heyət yenilənməsin? Bu, sanki ölkədə yalnız onların muğamdan anlayışı varmış təsəvvürü yaradır.

Əgər dəvət alsaydım, mən də böyük məmnuniyyətlə müsabiqədə münsif kimi iştirak edərdim. Çünki bütün həyatım muğama xidmətlə bağlıdır”.

Xalq artisti iştirakçıları ifasını qiymətləndirmədə qruplaşmaların, tərəfkeşliyin və yerlipərəstliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb:

“Əgər bir münsif öz tələbəsinə 9 xal verirsə, digərləri də avtomatik olaraq ona eyni xalı verir. Bəs digər iştirakçıların haqqı necə olsun? Hər bir xanəndə öz potensialına görə dəyərləndirilməlidir, onun Bakıdan, Şəkidən, Ağdamdan və ya Laçından olması nəzərə alınmamalıdır. Çünki burada söhbət muğamın inkişafından gedir. Heç bir münsif vəzifəsindən sui-istifadə etməməlidir”.

Xatırladaq ki, builki müsabiqənin münsiflər heyətinin üzvləri arasında Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunublar. 




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 12:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər