Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sabirabad rayonu, V.Əhmədov küçəsi, döngə 1, ev 33 sakini Mustafayev Yaşar Ağavəkil oğlu ölkə rəhbərliyinə, Baş Prokurora, Elm və Təhsil Nazirinə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoruna müraciət edərək, illərdir üzləşdiyi böyük haqsızlıq barədə mətbuat vasitəsilə ictimaiyyətə səslənib.
Şikayətdə bildirilir ki, 2016-cı ilin fevralında Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, eyni zamanda “Heba Consulting” MMC-nin rəhbəri Vüsal Quliyev ilə kredit müqaviləsi imzalanıb. Müqavilədə 211 min manat göstərilsə də, əslində cəmi 170 min manat nağd pul alınıb. Faizsiz göstərilən müqaviləyə baxmayaraq, borc 4% faizlə hesablanıb.
Yaşar Mustafayev 10 ay ərzində hər ay 6800 manat olmaqla ümumilikdə 68 min manat ödədiyini, lakin işgüzar səbəblərlə ölkədən kənarda olduğu vaxt ailəsinin yaşadığı evin əlindən alındığını bildirir.
Söhbət Bakı şəhəri, Nərimanov rayonu, Akademik Mirəli Qaşqay küçəsində yerləşən, 5 otaqlı geniş mənzildən gedir. İddiaya görə, Vüsal Quliyev məhkəmənin yekun qərarını gözləmədən icraçılarla birlikdə ailəni evdən çıxarıb. Daha sonra həmin mənzil bazar dəyəri təqribən 800 min manat olduğu halda, əvvəlcə 400 min manata qiymətləndirilib, ardınca isə hərracda süni şəkildə ucuzlaşdırılaraq cəmi 255 min manata elə onun öz adına keçirilib.
Şikayətçi qeyd edir ki, aldığı borcu tam şəkildə ödəməyə hazır olduğunu dəfələrlə bəyan etsə də, Vüsal Quliyev mənzili geri qaytarmaqdan imtina edir. Nəticədə ailə illərdir kirayələrdə yaşayır.
Yaşar Mustafayev deyir:
“Vüsal Quliyev açıq-aşkar bildirir ki, onun pulu, şirkəti, arxasında dayanan adamları var. Bir müəllimin belə sözlər işlətməsi, kiminsə haqqını tapdalaması ayıbdır. Müəllim nümunə olmalı ikən mənim evimi əlimdən alıb. Mən, sadə bir vətəndaş olaraq, dövlət başçısından və aidiyyəti orqanlardan xahiş edirəm: borcumu ödəməklə evim mənə geri qaytarılsın, bu qanunsuz əməllərə isə hüquqi qiymət verilsin.”
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 08:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini - "SATIR?"