reklam
Regionxeberlericom.az » Cəmiyyət » Partlayışda yanan şəxs xəstəxanada öldü - Foto

reklam

Partlayışda yanan şəxs xəstəxanada öldü - Foto
















Ağcabədidə partlayış zamanı ağır xəsarət alan şəxs ölüb.

Hadisə avqustun 21-də rayonun Avaşar kəndi ərazisində yerləşən maye qaz doldurma məntəqəsində qeydə alınıb.

Partlayış zamanı ağır yanıq xəsarəti alan 1979-cu il təvəllüdlü Ruslan Qurbanov xəstəxanada vəfat edib. 

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, 21 avqust saat 19:30 radələrində 1 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Müxtəlif növ yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmətlər göstərildikdən sonra daha ixtisaslı tibbi xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub. 

Vəziyyəti ağır qiymətləndirilən şəxsə bədənin 85 %-nin II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib. Aparılan bütün tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq avqustun 27-si saat 15:00-da ölüm faktı qeydə alınıb”.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 12:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər