reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kürmükçayda sel davam edir - Faktiki hava

reklam

Kürmükçayda sel davam edir - Faktiki hava
















İyunun 7-si saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Göygöl, Balakən, Şahdağ, Qrızda duman  müşahidə olunub.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Rəsmi məlumata görə, Qax rayonundan keçən Kürmükçayda gecədən başlayan sel hazırda davam edir:

“Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu hazırda Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvan MR-da 27-29, dağlıq rayonlarda 12-14,  Aran rayonlarında 20-25 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək istidir”.




Paylaş:


Müəllif : Tarix:
7-06-2023, 16:32
Sikayət   


loading...
Загрузка...