“Bəzi özəl məktəblərdə təhsilhaqqı 30 min manatdır”

“Bəzi özəl orta məktəblərdə təhsilhaqqı çox yüksəkdir. Bir çoxunda bu məbləğ 30 min manat civarındadır”.
Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, bu məsələnin dövlət tərəfindən tənzimlənməsi məsələsini nəzərdən keçirmək lazımdır: “Hətta bəzi rəqəmlər daha yüksəkdir. Bəzi universitetlərdə təhsilhaqları qaldırıldı. Bu, cəmiyyətdə geniş müzakirə olundu. Qiymət artımı insanların imkanına və tədrisin keyfiyyətinə uyğun olmalıdır. Bu məsələ dövlətin nəzarəti ilə aparılmalıdır. İstənilən universitet istədiyi məbləği müəyyənləşdirməli deyil. Təhsilhaqqının qalxması tələbələrin xaricdə təhsil almağa üstünlük verməsinə aparıb çıxaracaq. Hesab edirəm ki, bu məsələ sırf universitetlərin öz öhdəsinə buraxılmalı deyil”.
Millət vəkili həmçinin əlavə edib ki, məktəbli forması məsələsi də vahid olmalıdır: “Çünki valideynlər məktəbi dəyişəndə ciddi çətinliklər yaşayırlar. Hər dəfə yeni paltara pul verməli olurlar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 12:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...