“Yağış yağan kimi körpünü su basır, təcili yardım maşını keçə bilmir” - Video
Lənkəranın Viyən kəndində 50 il əvvəl istifadəyə verilən körpü 3 ildir qəzalı vəziyyətə düşüb.
Sakinlər Xəzər TV-yə bildiriblər ki, körpünün üst tərəfi dəmirdən inşa olunub və illərin təsirindən korroziyaya uğrayıb.
“Bu ərazilərdə xəstəlikdən əziyyət çəkən insanlar var. Buraya təcili yardım gəldiyi zaman yağış yağanda keçmək mümkün olmur, ərazi bütünlüklə su olur. Bələdiyyəyə də dəfələrlə müraciət etmişik”, - kənd sakini söyləyib.
Vətəndaşlar qeyd edirlər ki, yay aylarında çayda suyun səviyyəsi azaldığından ərazidən keçmək olur, ancaq yağışlı havalarda, xüsusilə payız və qış aylarında nəqliyyat vasitələrinin, eləcə də piyadaların hərəkəti mümkünsüz hala gəlir: “3 il olar ki, körpü bu vəziyyətdədir. Həmin körpüdən 3-4 kənd istifadə edir. Dəfələrlə düzəltməyə çalışmışıq, amma yenə də eyni haldır. Yağış yağan kimi körpünü su basır, üzərində 1-1.50 metr su olur, heç kim hərəkət edə bilmir”.
Məsələ ilə bağlı Aşağı Nüvədi kənd bələdiyyəsinin sədri İqbal İbrahim deyib ki, əraziyə baxış keçirilib. Sakinlərlə görüş zamanı izah olunub ki, hazırda bələdiyyənin büdcəsində yeni körpü tikintisi üçün vəsait yoxdur. Gələcəkdə büdcəyə vəsait daxil olarsa, həmin ərazidə yeni körpünün inşası nəzərdə tutulur.
Daha ətraflı videomaterialda:
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 11:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...