Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...

Abşeron rayonunun Masazır qəsəbəsində şollar su kəmərinin mühafizə zonası qanunsuz tikililər tərəfindən zəbt edilib. Belə ki, mühafizə zonasının bəzi hissələrində ev və yardımçı təsərrüfatlar tikilib, hasarlama və s. işləri həyata keçirilib. Hansı ki, qanun kommunukasiyaların, eləcə də strateji su kəmərlərinin mühafizə zolağında hər hansı inşaat işi aparmağı, ümumiyyətlə, bu əraziyə hər hansı formada müdaxilə etməyi qadağan edir.
Narahatlıq doğuran digər bir məqam isə mühafizə zolaqlarının təhlükəsizliyinə cavabdehlik daşıyan qurumların heç bir məntiqə sığmayan susqunluğudur. Müşahidələr göstərir ki, mühafizə zolağının təhlükəsizliyinə cavabdeh olan bu qurumlar sözügedən qanunsuz tikililərin sökülməsi üçün heç bir addım atmır, sadəcə seyrçi mövqeyindən çıxış edirlər. Halbuki, su kəmərlərinin mühafizə zolağının zəbti qanun pozuntusu olmaqla yanaşı, kəmərdə baş verə biləcək hər hansı qəza zamanı təmir-bərpa işlərini çətinləşdirir, əhalinin su təchizatına mənfi təsir göstərir. Bu səbəbdən də həmin tikililərin sökülməsi istiqamətində qanunvericiliyə uyğun olaraq konkret addımların atılması zəruridir.
Onu da xatırladaq ki, Masazırda şollar su kəmərinin mühafizə zonasında qanunsuz tikililərin inşası problemi əvvəli illərdə də dəfələrlə gündəmə gəlib. Lakin təəssüflər olsun ki, nə o vaxt, nə də bu gün məlum problemin həlli istiqamətində əlaqədar qurumlar heç bir addım atmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 09:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...

Lənkaranda biabırçılıq: İcra nümayəndəsinin bacısı olan baxça müdirəsi ərzaqları oğurlayıb?

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı