Rafail Mehralıyevin yeznəsi Eldar Şirinov 2 milyonluq obyekt tikdirir?

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyevin yeznəsi Eldar Şirinov Nizami rayonunun Bəkir Çobanzadə küçəsi, giriş 312 ünvanında yeni obyekt inşa etdirib.
İki mərtəbədən ibarət olan obyektin ümumi sahəsi 324 kvadrat metrdir.
Obyektin real bazar dəyərinin 1.5-2 milyon manat civarında olduğu deyilir.
Qeyd edək ki, Eldar Şirinovun adına xeyli sayda şirkətlər təsis edilib.
Dövlət qeydiyyat sənədlərində Eldar Şirinovun “ENS İnşaat-E” MMC-nin təsisçisi olduğunu göstərir. “ENS İnşaat” MMC isə onun ailə üzvlərinin qeydiyyatda olduğu mənzildə (Bakı şəhəri, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 11) qeydiyyata alınıb. Eldar Şirinov daha iki şirkətin: “N Qardaşları” MMC (24.09.2004) və Müstəqil “Ramin-F” Çoxsahəli İstehsalat Firmasının (29.09.1997) direktorudur. “Rəşad-Abadlıq” Təmir-Tikinti Müəssisəsi (07.12.1998) bu şirkətlərdən biri ilə eyni ünvanda (Rəsulzadə qəsəbəsi, Baksol, ev 54) yerləşir.
Yerli mediada yazılan xəbərlərdə bu şirkətlərin Bakı şəhər İcra Hakimiyyətinin və Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sifarişçi olduğu smetası milyonlarla ölçülən satınalmalarda qalib elan edildiyi vurğulanır.
“ENS İnşaat-E” şirkətinə son bir neçə il ərzində ümumi dəyəri 60 milyon 303 min manat dəyərində 10 müqavilə verilib. İnşaat materiallarının alınması, yolların və yaşayış evlərinin təmiri üçün. “Rəşad-Abadlıq” Təmir Tikinti Müəssisəsi” isə Bakının Mənzil-Kommunal Təsərrüfatı Departamentindən, onun 1 saylı və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliklərindən ümumi dəyəri 12 milyon 748,5 min manat olan 7 müqavilə verilib.
Bakı şəhər İcra Hakimiyyəti və Mənzil-Kommunal Təsərrüfatı Departamenti iddialara cavab verməyib.

Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 20:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video