Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu
Sentyabrın 4-də Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk şəhərində yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum olub.
Bu barədə brief24.ru məlumat yayıb.
Şəhər sakinləri zibil qutusunun yanında qutuda yeni doğulmuş qız uşağı tapıblar. Polis tez bir zamanda körpənin anasını taparaq saxlayıb. Uşaq ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Məlum olub ki, qadın daha əvvəl dəhşətli cinayət törədib - 12 il əvvəl oğlunu öldürüb.
Belə ki, 2013-cü ildə 26 yaşlı qadın evində azyaşlı oğlunu uşaq bezi ilə boğaraq öldürüb. Buna səbəb körpənin daim qışqırması olub. Törətdiyi cinayətə görə qadın doqquz il həbs cəzası çəkib.
Bundan əlavə, qadın, həmçinin yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirilməməsi, dələduzluq, əxlaqsızlıq yuvalarının təşkil edilməsi və saxta qeydiyyatda olmaqda dəfələrlə məhkum olunub.
Bir neçə gün əvvəl qadın qız uşağı dünyaya gətirib və onu binanın girişlərindən birində tərk edib. Həkimlər uşaqda ciddi xəsarət aşkar etməyiblər. Lakin körpənin göbək bağının qoparıldığı məlum olub. Leninqrad vilayətinin İstintaq Komitəsi ana tərəfindən yeni doğulmuş körpəni öldürməyə cəhd faktı üzrə cinayət işi açıb. Tezliklə onun barəsində cinayət işi açılacaq və həbs qətimkan tədbiri seçiləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 15:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var