Adı “Qırmızı Kitab”a düşən quşu ovlamışdılar, xilas edildi

Ötən gün IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə Qəbələ rayonunun Qəmərvan kəndində yerləşən “Bazardüzü” İstirahət Mərkəzində aparılan araşdırma nəticəsində adı Azərbaycanın “Qırmızı Kitabı”na düşmüş 1 qara kərkəsin qanunsuz olaraq saxlanılması aşkar edilib.
Sözügedən fauna növü baytar mütəxəssislər tərəfindən ərazidən götürülərək müayinə və reabilitasiya üçün Bakı Zooloji Parkına təhvil verilib.
Klinik müayinə zamanı quşun bədənində aşkarlanan qurğuşun güllə qalıqları onun məxsusi olaraq tutulmaq məqsədilə ov qurbanı olmasını deməyə əsas verir. Bundan əlavə, baxış zamanı quşun qida rasionunun zəifliyi, arıqlıq, eləcə də, baytarlıq qaydaları və normativlərinə uyğun olmayan şəraitdə saxlanılması müəyyən olunub.
Xilas edilən qara kərkəsin reabilitasiya müddəti tamamlandıqdan sonra vəhşi təbiətə buraxılması planlaşdırılır.
Qeyd edək ki, IDEA tərəfindən qara kərkəsin xilas edilməsi 6 sentyabr “Beynəlxalq Kərkəslər Haqqında Maarifləndirmə Günü”nə təsadüf edir.
IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa bir daha çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 22:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?