reklam
Regionxeberlericom.az » Sosial » Minlərlə ailə BU ŞAD XƏBƏRİ gözləyir - Gözlər Milli Məclisdə

reklam

Minlərlə ailə BU ŞAD XƏBƏRİ gözləyir - Gözlər Milli Məclisdə















Bu ilin sonuna qədər Azərbaycanda böyük amnistiya elan ediləcəyi ilə bağlı iddialar getdikcə daha çox müzakirə olunur. Məlumatlara görə, amnistiya “Konstitusiya və Suverenlik ili” çərçivəsində qəbul edilə bilər.

Xatırladaq ki, Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan edib. Bu da həm Konstitusiyanın qəbulunun 30 illiyi, həm də Azərbaycanın tarixi Qələbəsinin 5 illiyi ilə bağlıdır. Yada salaq ki, 2021-ci ilin noyabrında Milli Məclis Zəfər günü ilə bağlı amnistiya aktı qəbul edib. Müstəqillik əldə edildikdən bu günə qədər Azərbaycanda 12 amnistiya aktı qəbul edilib. Bu aktlar ümumilikdə 160 min nəfərə şamil olunub.  Amnistiyanın mühüm xüsusiyyətlərindən biri odur ki, o, əhatə etdiyi maddələr üzrə şəxsləri ya cəza çəkməkdən azad edir, ya onların cəzasını azaldır və ya cinayət məsuliyyətindən azad edir. Təsadüfi deyil ki, bu ilin əvvəlində də Azərbaycanda amnistiya aktının qəbul edilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb. Gözlənilir ki, yaxın aylarda bu məsələ Milli Məclisin gündəliyinə daxil edilə bilər. Yeri gəlmişkən, hazırda cəzaçəkmə müəssisələrində müəyyən sıxlıq mövcuddur və bu, idarəetmə baxımından da çətinliklər yaradır. Amnistiya aktı həmçinin bu yükün azaldılmasına xidmət edə bilər. Aydındır ki, elə cinayətlər var ki, onlara amnistiyanın şamil edilməsi ehtimalı yoxdur. Bu, xüsusilə ağır cinayətlər - terrorçuluq, dövlətə qarşı cinayətlər və digər ağır kateqoriyalı əməllərlə bağlıdır. Bəs amnistiyanın olacağı ilə bağlı iddialar nə qədər realdır? Amnistiya olarsa, tanınmışlardan kimlər azadlığa çıxa bilər?

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər pizza mizza

















Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, amnistiya aktı dövlətin humanist siyasətinin bir təzahürü olmaqla yanaşı, həm də ictimai barış və ədalət hissinin möhkəmləndirilməsinə xidmət edir: “Azərbaycan praktikasına nəzər salsaq görərik ki, bütün amnistiya aktları xüsusi tarixi günlərə, əlamətdar ildönümlərinə həsr olunub. Bu baxımdan, 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması amnistiya qərarının qəbul olunması ehtimalını daha da gücləndirir. Amnistiyanın tətbiqi hüquqi mexanizmlə ciddi şəkildə tənzimlənir. Cinayət Məcəlləsinin ən ağır maddələri terrorçuluq, dövlətə xəyanət, qəsdən adam öldürmə və oxşar cinayətlər amnistiyanın əhatə dairəsinə düşmür. Adətən ilk dəfə cinayət törətmiş şəxslər, az ağır və ehtiyatsızlıqdan baş verən cinayətlərə görə məhkum edilənlər, həmçinin yaşlı, qadın və azyaşlı övladı olan şəxslər amnistiya aktından yararlana bilirlər”. 

Natiq Ələsgərov deyib ki, amnistiya yalnız məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərə deyil, həm də istintaqı davam edən, amma məhkəmə hökmü çıxmamış şəxslərə də şamil edilə bilər: “Məsələn, amnistiya elan olunanda istintaqı gedən bir işdə ittiham olunan şəxsin əməlinə amnistiya düşürsə, həmin cinayət işi də xitam oluna bilər. Bu, hüquqi mexanizmin mühüm tərəflərindən biridir. Amnistiyanın qəbulu yalnız məhkumların deyil, minlərlə ailənin sosial-psixoloji yükünün yüngülləşdirilməsi deməkdir”.

Natiq Ələsgərov amnistiyanın cəmiyyət üçün müəyyən risklər yarada biləcəyini də vurğulayır. Onun sözlərinə görə, amnistiya hər nə qədər humanist akt sayılsa da, cəmiyyət üçün müəyyən risklər də yarada bilər: “Əgər amnistiya çox geniş miqyasda tətbiq olunarsa, bu, bəzən ictimaiyyət arasında narazılıq doğurur. İnsanlar ağır cinayət törətmiş şəxslərin azadlığa çıxmasını təhlükə kimi qəbul edə bilərlər. Ona görə də amnistiyanın hüquqi çərçivəsi son dərəcə dəqiq müəyyən edilməlidir. Ədalət prinsipi amnistiyada əsas meyar olmalıdır. Zərərçəkmişlərin hüquqları nəzərə alınmalıdır. Ağır nəticələr doğuran cinayətlərə amnistiyanın şamil olunması ictimai etimadı zədələyə bilər. Amnistiya yalnız sosial adaptasiya imkanı olan, cəmiyyətə qayıdanda yenidən cinayət törətməyəcəyi ehtimal olunan şəxslər üçün nəzərdə tutulmalıdır”. 

Natiq Ələsgərov vurğulayıb ki, amnistiya hər şeydən əvvəl dövlətin humanizm jestidir: “Amma bu jest həm də məsuliyyətli qərardır. Əks halda, belə addımın mənfi tərəfləri üstün gələ və cinayətkarlıqla mübarizəyə mənfi təsir göstərə bilər”.





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 10:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər