Ağdaş sakini Şəki Ağır Cinayətlər Məhkəməsində süründürməçilikdən şikayət edir

Ağdaş rayonu, Yuxarı Qəsil kənd sakini Yusif Vəli oğlu Əzizov 18 noyabr 2023-cü ildə baş vermiş ağır yol qəzasında həlak olan oğlu Yunis Əzizovun məhkəmə işinin gedişatından narazılıq edərək Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova və Baş prokuror Kamran Əliyevə müraciət edib.
Qəzanın təfərrüatları
2023-cü il noyabrın 8-də Ağdaş rayonu ərazisində Röyal Həsənovun idarə etdiyi avtomobil qarşı tərəfin yoluna çıxaraq ağır qəza törədib. Hadisə nəticəsində sərnişin – Yusif Əzizovun oğlu Yunis Əzizov, eləcə də sürücü Nəriman Umarov həyatını itirib. Digər sərnişin, Cavad Daşdıyev isə ağır bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi (iki və ya daha çox şəxsin ölümü ilə nəticələnən yol hərəkəti qaydalarının pozulması) üzrə cinayət işi başlanıb və 2024-cü ilin fevralında iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Uzanan məhkəmə prosesi
Zərərçəkmişin atası bildirir ki, 2024-cü ilin mayında iş üzrə məhkəmə-tibbi ekspertiza keçirilib. Lakin təkrar ekspertiza keçirilməsi barədə qərardad yalnız 2025-ci il mayın 13-də hakim Günay Aşurova tərəfindən qəbul olunub.
Əzizovun sözlərinə görə, 2025-ci il sentyabrın 4-də aldığı rəsmi cavab məktubunda göstərilib ki, qərardad üzrə sənədlər indiyədək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilməyib. Bu isə məhkəmə prosesinin qəsdən uzadıldığını və təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına şərait yaradıldığını göstərir.
“Saxta xəstəlik” iddiası
Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən Röyal Həsənov 2024-cü ilin sentyabrında Ağdaş Rayon Mərkəzi Xəstəxanasında müayinə olunub və həkim rəyinə əsasən 3 aydan sonra sərbəst hərəkət edə biləcəyi təsdiqlənib. Buna baxmayaraq, sonrakı məhkəmə iclaslarına xərəkdə gətirilib və “ağır xəstə” təəssüratı yaradılıb.
Hakim Günay Aşurovanın bu bəhanəni qəbul etməsi və təkrar ekspertiza qərardadını icra etmədən saxlaması işin süni şəkildə uzanmasına səbəb olub.
Hüquqi pozuntular
Yusif Əzizov hesab edir ki, bu hərəkətlər Azərbaycan qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır. Onun sözlərinə görə, hakim Günay Aşurova təqsirləndirilən şəxsdən və ya onun yaxınlarından asılı vəziyyətə düşərək, Cinayət Məcəlləsinin 308-ci maddəsinə uyğun korrupsiya xarakterli əməllərə yol verib.
O həmçinin bildirir ki, işin bu qədər uzadılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş “ağlabatan müddətdə və ədalətli araşdırma” prinsipinin kobud şəkildə pozulmasıdır.
Rəsmi müraciətlərə cavablar
Əzizov qeyd edir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Rafail Əliyev də onun müraciətlərinə sadəcə formal cavab məktubları göndərməklə kifayətlənib və işin mahiyyətinə varmadan süründürməçilik hallarını görməzlikdən gəlib.
Zərərçəkmişin tələbi
Yusif Əzizov məsələ ilə bağlı dövlət qurumlarından aşağıdakı addımların atılmasını tələb edir:
Hakim Günay Aşurovanın cinayət işini qəsdən uzatması, təqsirləndirilən şəxsin müdafiəsinə şərait yaratması və korrupsiya xarakterli hərəkətlərinə dair xüsusi araşdırma aparılaraq hüquqi qiymət verilməsi;
Təkrar məhkəmə-tibbi ekspertizasının dərhal keçirilməsi;
Təqsirləndirilən Röyal Həsənovun əsassız “xəstəlik” bəhanələri ilə məhkəmə prosesinin ləngidilməsinin qarşısının alınması;
Məhkəmə icraatının qanuni və operativ qaydada aparılmasının təmin olunması;
Məhkəmə-Hüquq Şurası tərəfindən hakim Günay Aşurovanın barəsində intizam məsuliyyətinə baxılması və onun hakimlikdən kənarlaşdırılması məsələsinin gündəmə gətirilməsi.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 08:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...