Bakı metrosunda üztanıma ilə ödəniş sistemi tətbiq oluna bilər

“Bakı Metropoliteni” QSC-də üztanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiqi barədə danışıqlar aparılıb.
Bu barədə “AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev şirkətin media nümayəndələri üçün keçirdiyi təlimdə bildirib.
Onun sözlərinə görə, hazırda “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə üztanıma texnologiyası barədə məsələ müzakirə olunub və sınaqdan keçirilib.
F. Fərəcullayev qeyd edib ki, paralel olaraq Bakı metrosunda oxşar mexanizmin tətbiqi imkanları müzakirə olunur: “Belə bir sistemin yerüstü nəqliyyatda - avtobuslarda tətbiqi hava şəraiti, işıqlandırma, kameraların keyfiyyəti və digər texniki amillər kimi bir sıra çətinliklərlə bağlıdır. Buna görə də əvvəlcə sınaqlar keçirmək lazımdır, bundan sonra yekun qərar qəbul etmək mümkün olacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 12:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...