28 illik dəmir yolu işçisi haqsızlığa etiraz edir: Rövşən Rüstəmovdan qəbul istəyir

Ucar rayonu, Təzə Şilyan kənd sakini Bəkirov Şüküran Əsgər oğlu redaksiyamıza müraciət edərək “Azərbaycan Dəmir Yolları” QSC-də qarşılaşdığı haqsızlıq barədə danışıb.
Onun sözlərinə görə, 1998-ci ildən dəmir yolu sistemində fasiləsiz çalışır, uzun illər müxtəlif stansiyalarda növbətçi, sonrakı illərdə isə sahə inspektoru vəzifəsində fəaliyyət göstərib:
“Pandemiya dövründə həm Hacıqabul, həm də Müsüslü stansiyalarında rəis olmadığı üçün əlavə məsuliyyət götürüb rəhbər vəzifəsini də icra etmişəm. 2025-ci ilin mart ayında keçirilən attestasiyadan da müsbət qiymətlərlə keçmişəm. Buna baxmayaraq, aprelin 9-da məni ali təhsilim olmadığı bəhanəsi ilə sahə inspektoru vəzifəsindən azad edib, Müsüslü blok-postunda sadə növbətçi təyin ediblər. Bu, açıq-aşkar qanunsuzluqdur”.
Şikayətçinin sözlərinə görə, şöbə rəisi Fuad Əhmədov ona “hara şikayət etsən də, əvvəlki vəzifənə qayıtmayacaqsan, hətta işdən çıxarılmağın da mümkündür” deyib. O, bu qanunsuzluqlara dəstək verən şəxslər arasında Yük daşımaları departamentinin rəis müavini Bəşir Əsədovun da adını çəkir.
Şüküran Bəkirov ailə vəziyyətinin də ağır olduğunu bildirir: “Oğlum Vətən müharibəsi veteranıdır, qızım II qrup gözdən əlildir, həyat yoldaşım isə dializ xəstəsidir. Mənim ailə vəziyyətim nəzərə alınmadan əmək hüquqlarım kobud şəkildə pozulur”.
Şikayətçi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdan xahiş edir ki, onu şəxsən qəbul etsin və haqsızlığa son qoyulmasına dair qərar versin:
“Mənim əsas istəyim odur ki, əvvəlki sahə inspektoru vəzifəmə bərpa olunum, 28 illik zəhmətim qiymətləndirilsin və əmək hüquqlarım qorunsun.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 08:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb