Qaxda kabusa çevrilən fındıq mövsümü: Təsərrüfat sahibləri indi nə etməlidirlər?
Qaxın bir sıra kəndlərində təsərrüfatın əksər hissəsini fındıqçılıq təşkil edir. Bu sahə əhalinin əsas məşğuliyyət sahəsi və gəlir mənbəyi hesab olunur.
Turaclı kənd sakinlərinin sözlərinə görə, bu il məhsuldarlıq xeyli aşağı düşüb.
"Aylarla gözləyirik ki, fındıq mövsümü başlayacaq, ehtiyaclarımızı qarşılaya biləcəyik. Ancaq bu il əvvəlki illərlə müqayisədə məhsuldarlıq çox aşağıdır. Hazırda bağımda 120 ağac var. Normalda buradan 2-2,5 ton fındıq yığılmalı idi. Lakin ildən-ilə məhsuldarlıq zəifləyir. 3-4 il əvvəl 700 kiloqram, ondan sonra 500 kiloqram, ötən il isə 430 kiloqram məhsul götürmüşdüm. Bu il isə ən yaxşı halda 300 kiloqram ola bilər. Havanın kəskin dəyişməsi, qışda sərt soyuqların, yazda isə ayazın təsiri məhsuldarlığı xeyli aşağı salıb", - təsərrüfat sahibi söyləyib.
Aqrar Sığorta Fondundan bildirilib ki, təsərrüfat sahibləri müəyyən risklərə görə fındıq bağlarını vaxtında sığorta etdirərək dövlətdən sığorta ödənişi ala bilərlər.
Ətraflı Baku TV-nin süjetində:
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 10:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı