reklam
Regionxeberlericom.az » Siyasət » Polşada hava məkanını pozan dronlar vuruldu

reklam

Polşada hava məkanını pozan dronlar vuruldu

















Polşanın Varşava və Jeşuv şəhərlərində hava limanları fəaliyyətini dayandırıb. 

Bu barədə məlumatı ABŞ-nin Federal Mülki Aviasiya İdarəsinə (FAA) istinadən “Reuters” agentliyi yayıb. 

Bildirilib ki, buna səbəb naməlum obyektlərin Polşanın hava məkanına daxil olması olub.

Eyni zamanda, ölkənin Müdafiə Nazirliyi həmin obyektlərin aşkar edilməsi və zərərsizləşdirilməsi istiqamətində əməliyyat həyata keçirildiyini açıqlayıb.

***

Polşa ordusu ölkənin hava məkanını pozan bir neçə pilotsuz uçuş aparatının vurulduğunu və həmin dronların qalıqlarının tapılması istiqamətində iş aparıldığını açıqlayıb. 

Bununla yanaşı, Polşa polisi Belarusla sərhəddən 30 kilometr məsafədə yerləşən Çosnovka kəndində vurulan PUA-lardan birinin aşkar edildiyini bildirib. 

Məlumatda hadisə nəticəsində xəsarət alanların olmadığı vurğulanıb.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 10:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər