“Akkord“un şirkəti 900 min manata yaxın - ZƏRƏR EDİB
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 2024-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
Şirkətin əsas əməliyyat gəliri 1,7 milyon manat təşkil edib.
Satışın maya dəyəri isə cəmi 116,1 min manat olub.
Nəticədə şirkət 1,6 milyon manata yaxın ümumi mənfəət əldə edib.
Lakin bu müsbət nəticə, kommersiya xərclərindəki kəskin artımın kölgəsində qalıb. Kommersiya xərcləri 2,4 milyon manat təşkil edərək, ümumi mənfəəti 775 min manat üstələyib.
Bununla yanaşı, 98,2 min manatlıq inzibati xərc də yaranıb.
Nəticədə şirkətin əməliyyat zərəri 872,8 min manat olub.
Vergitutmadan əvvəlki zərər də demək olar, eyni məbləğdə – 872,8 min manat təşkil edib.
Cüzi vergi xərci də nəzərə alındıqdan sonra, “Akkord” 2024-cü ili 873,9 min manat xalis zərərlə başa vurub.
Cəmi aktivlər 487,4 milyon manat təşkil edərək cüzi (737,6 min manat) azalıb.
Cəmi uzunmüddətli aktivlər 132,8 milyon manata bərabər olub ki, bu da illik 169,7 min manat azalmadır. Bu azalma əsasən əsas vəsaitlərin 170,6 min manat azalması ilə bağlıdır.
Cəmi qısamüddətli aktivlər isə 354,7 milyon manata təşkil edib. Nəticədə illik 567,9 min manat azalma baş verib.
Müsbət hal kimi, şirkətin pul vəsaitləri 1,9 min manatdan 21,0 min manata bərabər olub. Bu da son bir ildə 19,1 min manat artımdır.
Cəmi öhdəliklər 301,8 milyon manat səviyyəsində faktiki olaraq dəyişməz qalıb.
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər 7,5 milyon manat səviyyəsində dəyişməyib.
Cəmi qısamüddətli öhdəliklər isə cüzi artaraq 301,8 milyon manat təşkil edib.
Cəmi kapital 178,2 milyon manata enərək 741,8 min manat azalıb.
Bu azalma, birbaşa olaraq il ərzində yaranan zərərin bölüşdürülməmiş mənfəətdən silinməsi ilə bağlıdır. Belə ki, bölüşdürülməmiş mənfəət 88,6 milyon manatdan 87,8 milyon manata enib.
Nizamnamə kapitalı isə 90,3 milyon manat səviyyəsində dəyişməz qalıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 10:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı