“Dayənin azyaşlını döymədiyi müəyyən edilib” - DİN - Foto
Bakıda “Barama” adlı bağçada dayənin uşağı döyməsi ilə bağlı məlumat yayılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, sözügedən uşaq bağçasında dayə tərəfindən azyaşlının fiziki təzyiqə məruz qalması iddiaları polis əməkdaşları tərəfindən araşdırılıb.
Qeyd edilib ki, polisə daxil olan məlumat əsasında təhqiqat qrupu adıçəkilən bağçada olub. Videogörüntülərə baxılaraq hadisə şahidlərinin, eləcə də digər şəxslərin izahatları alınıb: “Toplanmış materiallar üzrə azyaşlının dayə tərəfindən döyülmədiyi müəyyən edilib. Həmçinin o da məlum olub ki, azyaşlının boğaz nahiyəsindəki xəsarətin izi digər həmyaşıdı ilə mübahisə edərkən baş verib. Dayə azyaşlılar arasında olan mübahisəni gördükdə isə onları ayırmağa çalışıb. İddialar üzrə aparılan araşdırmanın nəticəsində dayənin azyaşlıya qarşı fiziki zor tətbiq etməsi halı təsdiqini tapmayıb”.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 12:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...