reklam
Regionxeberlericom.az » Gündəm » Azərbaycan Ordusunun hərbçisi vəfat etdi - Fotolar

reklam

Azərbaycan Ordusunun hərbçisi vəfat etdi - Fotolar















Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Müzəffər Vəliyev vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, 20 gün əvvəl M.Vəliyevin səhhətində ciddi problemlər yaranıb. O, kəskin baş ağrılarından əziyyət çəkirmiş. Bakıda Milli Onkoloji Mərkəzində müayinə zamanı M.Vəliyevin başında şiş aşkarlanıb və əməliyyat olunub. Lakin əməliyyatdan sonra hərbçinin durumu daha da ağırlaşıb və vəfat edib. Sezar pizza

Mərhum sentyabrın 11-də Gədəbəy rayonunun Şahdağ kəndinin qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Müzəffər Aydın oğlu Vəliyev 1986-cı il noyabrın 1-də Gədəbəyin Çobankənd kəndində anadan olub. 

O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. 

M.Vəliyev 44 günlük Vətən müharibəsində sürücü kimi iştirak edib və işğaldan azad olunan ərazilərə təminat çatdıran əsas sürücülərdən biri olub.

O, "Kəlbəcər azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib. 

Mərhumun 3 azyaşlı övladı var. 

Onun atası Aydın Vəliyev Qərb bölgəsində tanınmış aşıq olub.

 




Paylaş:


Müəllif : Tarix:
Dünən, 21:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər