reklam
Regionxeberlericom.az » Cəmiyyət » Güclü yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA

reklam

Güclü yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA


Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 1-nə olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə yağıntılar intensiv və güclü olub, dolu düşüb, şimal-qərb küləyi bəzi rayonlarda arabir güclənib.

Aprelin 30-da saat 13:10-13:14 radələrində Gəncə şəhərinə diametri 12 mm, Goranboy rayonu Aşağı Ağcakənd ərazisinə, saat 14:30-14:45 radələrində Goranboy rayonunun Muzdurlar, Borsunlu və Dəliməmmədli qəsəbəsinə 12-13 mm, 15:07 radələrində Goranboy rayonunun Erkeç mənəşli, Gürzallar, Rus Borisi kəndlərinə və Böylü qəsəbəsinə 4-5 mm, saat 15:38-15:51 radələrində Zaqatala rayonu və rayonun Muxax, Çobankol, Car kəndlərinə 22-25 mm, 15:13 radələrində Lənkəran rayonunda 1 mm, 16:28-16:30 radələrində Naftalanda 0,6 mm, 19:11 radələrində Tərtərdə 6 mm, 19:30 radələrində Tərtər rayonunun Səhləbad, Əskipara, Evoğlu, Qarağacı, Qaradağlı, Qapanlı kəndlərinə 14-15 mm, 19:40-19:42 radələrində Tərtər rayonunun İsmayılbəyli kəndinə 12 mm, mayın 1-i saat 00:50-00:52 radələrində Gədəbəy rayonuna 10 mm, saat 08:48-08:51 radələrində isə Naftalan rayonuna 0,7 mm olan dolu düşüb.

Ağcakənd məntəqəsi (Goranboy) 120 mm (3 aylıq normaya yaxın), Qax 28 mm, Şəkidə 19 mm, Mingəçevirdə 17 mm (aylıq normanın 50%-i), Zaqatalada 13 mm, Naftalan, Sabirabadda 10 mm, Şahdağda 9 mm, Göygöldə 8 mm, Balakəndə 7 mm, Cəfərxanda 6 mm, Lerikdə 5 mm, Lənkəran, Qırızda 4 mm, Şamaxı, Ağstafa, Altıağac, Xaltanda 3 mm, Gəncə, Tovuz, Qobustan, Tərtər, Astarada 2 mm, Daşkəsən, Gədəbəy, Ceyrançöl, İsmayıllı, Qusar, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Neftçala, Biləsuvar, Bakı və Abşeron yarımadasında 1 mm-dək olub.

Aprelin 30-da Goranboy rayonu ərazisindən axan Gorançaydan və ona tökülən kiçik qollarından qısamüddətli sel keçib. Aprelin 30-da gecə saatlarında Samux rayonu ərazisindən axan Qabırrı-Kəsəmən avtomat hidroloji məntəqəsində suyun səviyyəsi kəskin artıb və çaydan sel keçib. Mayın 1-də saat 03:45-dən başlayaraq Qabırrı-Kəsəmən avtomat hidroloji məntəqəsində suyun səviyyəsi yenidən artmağa başlayıb və hazırda çaydan sel keçir.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Ağsuda 21 m/s, Şəkidə 20 m/s, Qax, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 18-23 m/s-dək güclənib, Neft Daşları Stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.




Paylaş:


Müəllif : Tarix:
1-05-2023, 14:59
Sikayət   


loading...
Загрузка...