Çaylarda daşqın olacaq

“Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, mayın 9-u axşamdan 10-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb”. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, düşən yağıntının miqdarı Qəbələ, Kişçayda (Şəki) 8, Xınalıqda 5, Şahdağda 4, Qırız, Şəki, Oğuz, Ordubadda 3, Göygöl, Ağdərə (Ordubad), Lənkəran, Astara, Lerik, Sarıbaş (Qax), İsmayıllıda 2, Yardımlı, Neftçala, Biləsuvar, Qazıməmməd, Salyan, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Zərdab, Göyçay, Yevlax, Xaltan, Qusar, Mərəzə, Zaqatala, Ağstafa, Ağdam, Şəmkir, Gəncə, Gədəbəy, Daşkəsən, Şahbuz, Naxçıvan, Binə, Sumqayıtda 0.4-1 mm olub. Şimal-qərb küləyi Daşkəsəndə 25, Naftalan, Gəncədə 20, Naxçıvan, Ağdamda 16 m/s-dək güclənib.
Mayın 11-də isə respublikanın rayonlarında arabir yağış yağacağı, gecə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi dağətəyi rayonlarda dolu düşəcəyi, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Mayın 11-də gündüz saatlarında əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Lakin mayın 12-13-də bəzi rayonlarda yenidən arabir yağıntılı hava şəraiti gözlənilir.
Bakıda və Abşeron yarımadasında mayın 11-də bəzi yerlərdə yağış yağacağı, 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Şimal-qərb küləyinin sürəti 10-15, arabir 18-23 m/s olacaq, axşama doğru mülayimləşərək 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti olacaq.
Mayın 12-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Havanın temperaturu 26 dərəcəyədək yüksələcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-05-2019, 16:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-05-2019, 16:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 10:38
Bu gün, 08:56
Dünən, 15:41
Dünən, 15:06
Dünən, 12:22
Dünən, 12:18
Dünən, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II