reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu əraziyə 8 santimetr qar yağdı - FAKTİKİ HAVA

reklam

Bu əraziyə 8 santimetr qar yağdı - FAKTİKİ HAVA



Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 7-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb, yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artıb.

Düşən yağışın miqdarı Zaqatala, Astarada 30.0 mm, Lerikdə 26.0 mm, Vəlvələçay-Təngəaltı, Balakən, Ağstafada 21.0 mm, Tovuzda 20.0 mm, Quba, Qusarda 19.0 mm, Oğuzda 17.0 mm, Şəki, Kişçayda (Şəki) 16.0 mm, Yardımlıda 15.0 mm, Altıağacda 14.0 mm, Nabranda 13.0 mm, Şabranda 11.0 mm, Sarıbaşda (Qax) 10.0 mm, Qəbələdə 9.0 mm, Gədəbəydə 7.0 mm, Girdimançay-Qaranohur, Xaltan, Cəfərxan, Şəmkir, Şirvan, İsmayıllı, Ağsu, Cəfərxan, Ceyrançöldə 6.0 mm, Xınalıq, Ləzə, Lənkəranda 5.0 mm, Göygöl, Beyləqan, İmişli, Xaçmazda 4.0 mm, Şahdağ, Ağdərə (Ordubad), Sabirabad, Daşkəsəndə 3.0 mm, Qrız, Gəncə, Ağdam, Göyçay, Tərtər,Zərdabda 2.0 mm, Naxçıvan, Şərur, Sədərək, Bərdə, Mingəçevir, Salyan, Yevlax, Kürdəmir, Neftçala, Biləsuvar, Naftalan, Qazıməmməd, Bakıda 1.0 mm-dək olub.

Bizim "J"lar və ya "Zərflik" qadın adı deyil - SƏBUHİ MƏMMƏDLİ YAZIR
İstirahət və əyləncə məkanlarının fəaliyyəti bərpa edildi
Həftəsonları metro belə işləyəcək - RƏSMİ
Qar örtüyünün hündürlüyü Şahdağda 8 sm, Xınalıqda 4 sm, Qrızda 2 sm, Ləzədə 1 sm olub.

Şimal-şərq küləyi Hacıqabul, Neftçala, Gəncədə 20 m/s, Şamaxı, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 15-18 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu:

Oktyabrın 6-da Bakıda iqlim normasından 1.8° aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18°-dək isti, aran rayonlarında 15-19° isti, dağlıq rayonlarda 7°-dək isti, Naxçıvan MR-da 17-21° isti; havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13° isti, aran rayonlarında 11°-dək isti, dağlıq rayonlarda 5°-dək isti, Naxçıvan MR-da 12°-dək isti olub.


Paylaş:


Müəllif : Tarix:
7-10-2021, 12:47
Sikayət   


loading...
Загрузка...