reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu rayona qar yağıb - Faktiki hava

reklam

Bu rayona qar yağıb - Faktiki hava
















Faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb, səhər saatlarından başlayaraq Qubanın dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı: Qaxda 47.0 mm (aylıq normanın 37 %-i), Zaqatalada 21.0 mm, Oğuzda 20.0 mm, Şəmkirdə 19.0 mm (aylıq normanın 39 %-i), Gədəbəydə 19.0 mm, Göygöldə 18.0 mm, Mingəçevirdə 15.0 mm (aylıq normanın 33 %-i), Sədərəkdə 15.0 mm, Gəncədə 14.0 mm (aylıq normanın 32 %-i), Yevlaxda 13.0 mm (aylıq normanın 26 %-i), Lənkəran, Şəki, Qəbələdə 12.0 mm, Qusarda 11.0 mm, Naftalan, Astara, Daşkəsəndə 10.0 mm, Tovuz, Ağdam, Tərtər, Ordubadda 9.0 mm, Balakəndə 8.0 mm, Qrız, İsmayıllı, Xaltan, Yardımlı, Göyçay, Quba, Ağstafa, Şərur, Şahbuz, Xaçmaz, Kürdəmir, Naxçıvan, Şamaxı, Zərdab, Beyləqan, Cəfərxan, Şabran, Ceyrançöl, Altıağac, Sabirabad, Neftçala, Biləsuvar, İmişli, Lerik, Qobustanda 1.0-6.0 mm, Bakıda və Abşeron yarımadasında isə 1.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Salyanda 18 m/s, Şəmkir, Şəkidə 16 m/s, Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Duman: Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Şamaxı, Naftalan, Şamaxı, Qrız, Göyçay, Lerikdə müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın temperaturu: Mayın 13-də iqlim normasından 1.4° aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-21° isti, Naxçıvanda 22-25° isti, dağlıq rayonlarda 10°-dək isti, aran rayonlarında 17-21° isti olub.




Paylaş:


Müəllif : Tarix:
14-05-2023, 13:44
Sikayət   


loading...
Загрузка...