reklam
Regionxeberlericom.az » Siyasət » Əslində Paşinyan KTMT-dən 44 günün qisasını alır... - İNCƏLƏMƏ...

reklam

Əslində Paşinyan KTMT-dən 44 günün qisasını alır... - İNCƏLƏMƏ...


Noyabrın 23-də İrəvanda keçirilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti Ermənistan üçün tam fiasko ilə nəticələndi. Baş nazir Nikol Paşinyan qarşısına qoyduğu heç bir məqsədə nail ola bilmədi. KTMT üzvləri aydın şəkildə göstərdilər ki, öz mövqelərində qalırlar və bu mövqedən geri çəkilməyəcəklər. Əslində çox nadir bir haldır ki, hər hansısa ölkə zirvə görüşü təşkil edir, həmin tədbirdə onun özünü tənqid edirlər.

Görünməyən hallardan biri də zirvə görüşünə ev sahibliyi edən ölkənin sammitin yekun sənədini imzalamaqdan imtina etməsidir. Paşinyan sənəddə Ermənistana yardımı yetərli görmədiyi üçün sənədi imzalamaqdan imtina etdiyini açıqlayıb. Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, KTMT regionu tərk edir və İrəvan bundan narahatdır: "Bizim partnyorlardan soruşmaq lazımdır ki, KTMT-nin Cənubi Qafqazı tərk etməsi qərarını veriblərmi? Əgər cavab “hə”dirsə, onda bunu ucadan deməlidirlər. Həyat sübut edir ki, KTMT-nin postsovet məkanındakı hərbi rolu özünü doğrultmur. Biz KTMT-yə Türkiyə-Azərbaycan tandemindən qorunmaq üçün qoşulmuşduq. Rusiyalı hərbi ekspert İqor Korotçenko deyib ki, KTMT-nin İrəvan sammiti Nikol Paşinyan üçün ən yaxşı halda belə xarakterizə oluna bilər:

“Böyük pərişanlıq. Bunu heç bir ironiya-filan olmadan, necə var, eləcə deyirəm. Bizim hamımıza Cənubi Qafqazda sülh lazımdır. Bundan ötrü Ermənistandan olan həmkarlarımız üçtərəfli bəyanatı açmalı və bənd-bənd yerinə yetirməlidir, fasiləsiz demoqogiya və təxribatları yığışdırmalıdır. Hamı bütün bunlardan bezib. Heç kəs Nikol Paşinyanın komandası üçün əlini odun içinə soxmayacaq”. Belarus lideri Aleksandr Lukaşenko da bildirib ki, KTMT tərəf deyil: "Nikol Vovayeviç (Paşinyan) deyir ki, KTMT Azərbaycanı aqressiyadan çəkindirə bilmədi, biz belə deyilik. Kimisə saxlamaq bizim işimiz deyil. Gəlin, bu istiqamətdə irəliləyək. Gəlin razılaşaq, hər şey edək ki, orda adamlar ölməsin. Bu, Ermənistan və Azərbaycan cəmiyyətində məmnuniyyətlə qarşılanacaq".

Göründüyü kimi KTMT-yə üzv ölkələrin liderləri fərqindədir ki, Ermənistan üzv olduğu bütün təşkilatları, o cümlədən də KTMT-ni öz ambisiyalarını reallaşdırmaq üçün bir vasitə kimi qiymətləndirir.

Bu halda digər üzvlərin maraq və mənafelərini nəinki nəzərə almır, Ermənistan özünü elə aparır ki, sanki hamı ona borcludur, onun üçün nə isə etməlidir, öz maraqlarına zidd olsa belə yardım göstərməlidir. Müasir dövrdə ikitərəfli və çoxtərəfli əlaqələrdə bu, mümkün olmayan bir məsələdir və Paşinyan bu gerçəkliyi anlamır. Buna görə də onun ABŞ, Avropa İttifaqı, KTMT və digər ölkələr, təşkilatlara müraciətlərinin heç bir səmərəsi olmur və olmayacaq da. Bütün dünya, o cümlədən də KTMT-yə üzv dövlətlər işğalçı, digər bir ölkənin ərazilərini 30 il ərzində işğal altında saxlayan Ermənistanın əsl mahiyyətini aydın bilirlər və buna görə də Paşinyanın Azərbaycanla məsələlərin həlli kontekstində təkliflərinin, təşəbbüslərinin və tələblərinin səmimiliyinə inanmırlar. KTMT-yə üzv ölkələr Azərbaycanın böyük potensialını, onun ardıcıl, aydın, bərabərhüquqlu əməkdaşlığa yönəlmiş siyasətini görürlər və ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edirlər. Ermənistan baş naziri iddialarla çıxış edəndə və təşkilata üzv ölkələrə qarşı tələblər irəli sürəndə ya bu reallığı nəzərdən qaçırır, ya da ona əhəmiyyət verməməyə çalışır. Bu yanaşma Ermənistanın bütün cəbhələrdə fiaskosunu şərtləndirən başlıca amildir.

Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə açıqlamasında deyib ki, Paşinyan KTMT-də Bakıya qarşı son şansını da itirdi. Analitikə görə, Ermənistan KTMT-dən istədiyini növbəti dəfə də ala bilmədi:

"Təşkilatın müzakirə etdiyi məsələlərin ikisi Azərbaycanla bağlı olub. Sərhəd məsələsində Ermənistana hərbi dəstəyin verilməsi və Azərbaycanın “hücumuna” siyasi qiymətin verilməsi. İrəvanın gündəliyə daxil edildiyi bu iki məsələdən savayı digərləri qəbul olunub. KTMT “Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı kompleks tədbirlərin hazırlanmasını razılaşdırmaqla” İrəvana Bakı ilə bağlı tələblərinin qəbul edilməyəcəyinə dair açıq mesaj verdi. Paşinyan narazıdır və bunu açıq mətnlə ifadə etdi, həm də bu, İrəvan üçün itirilmiş fürsətdir. Ermənistan KTMT-yə sədrliyi dövründə Azərbaycana qarşı cəbhəni qurmaq şansının olduğunu düşünür, buna çalışırdı, lakin sədrlik etdiyi son iclasda da nəticə əldə edə bilmədi. Belarusun KTMT-yə sədrlik edəcəyi müddətdə Azərbaycanla bağlı məsələlərin gündəmə daxil edilməsi, yaxud qəbul edilməsi imkanları olduqca zəifdir. Lukaşenkonun mövqeyi də bunu deməyə əsas verir.

Paşinyanın KTMT-də Azərbaycana qarşı əlindəki son şansdan istifadə edə bilməməsini Bakının İrəvanı öz evində məğlub etməsi kimi də qiymətləndirmək olar. Ermənistan bundan sonra KTMT və Rusiyaya qarşı sərgilədiyi mövqeyi gücləndirəcək. Lakin bunun rəsmi İrəvan səviyyəsindən daha çox, ictimai rəy müstəvisində kampaniya şəklində olacağı ehtimalı daha böyükdür".




Paylaş:


Müəllif : Tarix:
25-11-2022, 09:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər