reklam
Regionxeberlericom.az » Sosial » Smart sayğaclarının quraşdırılması iki gün vaxt aparır? - Sakinlər GİLEY EDİR

reklam

Smart sayğaclarının quraşdırılması iki gün vaxt aparır? - Sakinlər GİLEY EDİR


Yeni yaşayış binalarına və fərdi evlərə sayğacların quraşdırılması ilə bağlı vətandaşlar zaman-zaman müxtəlif çətinliklərlə qarşılaşırlar. Bilgəh qəsəbəsinin sakinləri "Hürriyyət"ə müraciət edərək smart sayğaclarının quraşdırılması ilə bağlı narazılıqlarını bildirirlər. Vətəndaşlar qeyd edir ki, bəzi evlərə smart sayğaclar, bəzilərinə isə mexaniki sayğaclar quraşdırılır. Onlar qeyd edir ki, smart sayğac qoyulan evlərdə sayğacın quraşdırılması və kartın aktivləşdirilməsi prosesi iki gün vaxt aparır. Nəticədə vətəndaş iki gün qazsız qalır.

Bilgəh sakinlərinin mövcud şikayəti ilə bağlı "Azəriqaz” İstehsalat Birliyi (İB) ilə əlaqə saxladıq. Qurumdan "Hürriyyət"ə bildirilib ki, əgər vətəndaşın evinə smart sayğacları quraşdırılıbsa, həmin gün vətəndaş Asan Kommunal mərkəzlərinə yaxınlaşaraq kartını aktivləşdirə bilər:

"Əgər vətəndaşın evinə smart kart sayğacları quraşdırılıbsa, "Asan Kommunal" mərkəzlərinə yaxınlaşaraq həmin günü kartını aktivləşdirə bilər. Əgər mexaniki sayğac quraşdırılıbsa, həmin anda vətəndaş qazla təmin edilir. Yəni vətəndaş bir-iki gün qazsız qalmır. Dediyim kimi smart sayğaclar quraşdırılıbsa, həmin gün vətəndaş kartla "Asan Kommunal" mərkəzinə yaxınlaşır və kartını aktivləşdirir. Eyni zamanda sayğac quraşdırılanda abonentə kredit də verilir ki, abonent kartını aktivləşdirənə qədər qazsız qalmasın".

Lakin vətəndaşlar "Azəriqaz” İstehsalat Birliyinin (İB) dediklərinin yalan olduğunu bildiriblər. Onlar prosesin azı iki gün çəkdiyini qeyd edərək, qurumun açıqlaması ilə razılaşmayıblar.

Bəs vətəndaş koronavirusa yoluxubsa və ya kimsəsi olmayan ahıl şəxsdirsə, bu halda o kartını necə aktivləşdirə bilər? Suallarımızı yenidən "Azəriqaz” İstehsalat Birliyinə (İB) yönəltdik. Qurumdan bildirilib ki, əgər vətəndaş koronavirusa yoluxubsa bu halda vətəndaşın birinci dərəcəli ailə üzvü Asan Kommunal mərkəzinə yaxınlaşaraq kartı aktivləşdirə bilər. Əgər abonent kimsəsi olmayan ahıl şəxsdirsə, bu halda mexaniki sayğac quraşdırılır:

"Bu halda vətəndaşın birinci dərəcəli ailə üzvü və ya digər ailə üzvü "Asan Kommunal" mərkəzinə yaxınılaşa bilər. "Asan Kommunal" mərkəzinə yaxınlaşan şəxs abonentin şəxsiyyət vəsiqəsi və sayğacın şəklini çəkərək kartı aktivləşdirə bilər. Onu da qeyd edim ki, smart sayğaclarını tələb edən abonentin özüdür. Əksər hallarda vətəndaşın evinə mexaniki sayğaclar quraşdırılır. Hazırda ölkədə mexaniki sayğaclar çoxluq təşkil edir. Sadəcə vətəndaş smart kart sayğacları tələb edir deyə, "Azəriqaz” İstehsalat Birliyi də quraşdırır. Bu da iki günlük proses deyil. Sayğac quraşdırılır və 20 kub kredit verilir. Vətəndaş kartını aktivləşdirənə qədər kreditdən yararlana bilər. Əgər vətəndaş ahıl şəxsdirsə və heç kimi yoxdursa, bu halda vətəndaşın evinə mexaniki sayğac quraşdırılır".

PS. Görünən odur ki, vətəndaşın dedikləri ilə "Azəriqaz” İstehsalat Birliyinin açıqlaması üst-üstə düşmür. Qeyd edək ki, dövlət vəsaiti hesabına həyata keçirilən qazlaşdırma, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlarla təsdiqlənmiş, dövlət büdcəsindən ayrılan, sırf sosial siyasətin tərkib hissəsi olaraq icra olunan qazlaşma proqramıdır. Bu halda bütün işlər həmin vəsait hesabına icra olunur. Həm sayğac quraşdırılması, həm qaz xətlərinin, həm daşıyıcı xətlərin çəkilməsi vətəndaşın mətbəxindəki qaz sobasına qədər çəkilməklə icra olunur. Təəssüf ki, Bilgəh sakinlərinin sözügedən haqlı narazılığı fonunda digər ərazilərimizdə də qazlaşdırma prosesi düzgün həyata keçirilmir. Bu da vətəndaşın günlərlə qazsız qalmasına səbəb olur. Ümid edirik ki, yuxarı aidiyyəti orqanlar mövcud problemin həllinə çalışacaqlar.




Paylaş:


Müəllif : Tarix:
3-02-2022, 13:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər