Alimentlə birgə ödənilən borc - Boşananlara PİS XƏBƏR
Bu gün boşanmadan sonra kredit borcunun kim tərəfindən ödəniləcəyi məsələsi cütlüklər arasında ən çox sual doğuran mövzulardan biridir. Xüsusilə nikah dövründə ər-arvaddan biri tərəfindən götürülmüş kreditin hüquqi məsuliyyəti bəzən qarışıqlıq yaradır.
Məsələyə aydınlıq gətirmək üçün hüquqşünasın fikrini öyrəndik. Yenisabah.az-a danışan hüquqşünas Ramil Vəliyev bildirib ki, əmlak bölgüsü zamanı tərəflərin yalnız aktivləri deyil, borc öhdəlikləri də nəzərə alınmalıdır:
"Nikah dövründə ər və ya arvadın ailə ehtiyacları üçün götürdüyü kredit borcu onların ümumi əmlakına daxil olur və hər iki tərəf üçün hüquqi öhdəlik yaradır. pizza hut
Ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar onların mülkiyyət payına mütənasib şəkildə bölünür. Hətta rəsmi nikah münasibətləri davam etsə də, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfatın aparılıb-aparılmaması və götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi halların araşdırılması vacibdir".
Hüquqşünas əlavə edib ki, ailə ehtiyacları üçün götürülməyən, yəni şəxsi məqsədlərlə çəkilmiş borcun icrasında da müəyyən hüquqi prosedurlar mövcuddur:
“Əgər kredit ailə ehtiyacları üçün götürülməyibsə və borclunun şəxsi əmlakı borcun ödənilməsinə kifayət etmirsə, kreditor ümumi əmlakın bölünməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu halda, borcun icrası ümumi əmlakda borclunun payına yönəldilə bilər".
Ramil Vəliyev qeyd edib ki, ailə daxilində maliyyə məsələləri rəsmi nikahla yanaşı, real birgə yaşayış və ailə münasibətlərinin davam etdirilib-etdirilməməsi ilə də sıx əlaqəlidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-07-2025, 22:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT