“Fitch”in Azərbaycan üçün inflyasiya - Proqnozu

“Bu il Azərbaycanda inflyasiya 4,5 %-ə qədər azalacaq”.
Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq təşkilatının hesabatında qeyd edilib.
“Ötən il Azərbaycanda orta inflyasiya əsas ticarət tərəfdaşlarına nisbətən güclü manat və aşağı beynəlxalq ərzaq qiymətləri sayəsində 9 %-ə enib. Biz onun 2024-cü ildə 4,5 %-ə qədər azalacağını proqnozlaşdırırıq ki, bu da proqnozlaşdırılan 4 % “BB” mediandan bir qədər yuxarıdır. İllik inflyasiya Azərbaycan Mərkəzi Bankının hədəf diapazonuna (4%±2) daxil olduğu üçün Mərkəzi Bank noyabr ayından etibarən əsas siyasət faizini 1,25 bənd azalaraq 7,75 %-ə endirib”, - deyə təşkilatın məlumatında bildirilib.
“Fitch”ə görə, inflyasiyanın səviyyəsi yumşaldılmanın tempi və miqyasından, yüksək əmtəə qiymətləri və tələb tərəfi təzyiqləri ilə bağlı risklərdən, maaşların güclü artımı və dövlət xərclərinin icrasından asılı olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-02-2024, 11:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO