reklam
Regionxeberlericom.az » İqtisadiyyat » “Ölkəmizdə hər ay, az qalsın hər gün qiymət yüksəlməsi yaşanır, qiymətlər reallığı əks etdirmir” - FAKT BUDUR!

reklam

“Ölkəmizdə hər ay, az qalsın hər gün qiymət yüksəlməsi yaşanır, qiymətlər reallığı əks etdirmir” - FAKT BUDUR!


Dövlət Statistika Komitəsi Azərbaycanda inflyasiya ilə bağlı statistikasını açıqlayıb. Bildirilir ki, 2023-cü ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar-aprel aylarına nisbətən 13,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,7 faiz artıb. 2023-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 12,8 faiz yüksəlib. 2023-cü ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 115,1 faiz artıb.

Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, yoqurtun, xamanın, pendirin, zeytun yağının, naringinin, portağalın, almanın, balqabağın, yerkökünün, soğanın, şəkərin, konfetlərin, çayın, mineral suların, pivənin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən çörəyin, unun, qarabaşaq yarmasının, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, kələmin, xiyarın, çuğundurun, kartofun, mərcinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2023-cü ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 111,3 faiz yüksəlib. Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən yağlı boyaların, mebellərin, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, ucuzlaşma isə kəsilmiş taxtaların, mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin aprel ayına nisbətən 110,7 faiz artıb. Aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma mənzillərin icarə haqlarında, stomatoloji, bərbərxana, kosmetoloji, ictimai iaşə və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

DSK-dan o da qeyd edilir ki, 2023-cü ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-mart aylarına nisbətən 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,6 faiz artmışdı. 2023-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin mart ayına nisbətən 13,6 faiz yüksəlmişdi.

Qurumun açıqlamasında Azərbaycanda illik inflyasiyanın 13,6 faizdən 12,8 faizə düşdüyü qeyd edilir. Halbuki bahalaşma ilin əvvəlində olduğu kimi, indi də o templə davam etməkdədir. Bahalaşdığı qeyd edilən məhsullar arasında adı çəkilməyən bir sıra məhsullar var ki, onların da qiymətinin yüksək olduğunun şahidiyik. Rəqəmlər nə dərəcədə reallığı əks etdirir

Məlumata görə, iqtısadçı-alim Vüsalə Əhmədova “Yeni Müsavat”a deyib ki, artıq dünyada illik deyil, rüblük və ya aylıq qiymət dəyişikliyi üzrə hesabatlar aparılır: “Dolayısıyla, aylıq qiymət dəyişiklikləri hesablandıqdan sonra illik və ya rüblük ortalama qiymət dəyişikliyi müəyyən edilir. DSK-nın hesabatında 2023-cü ilin aprel ayı üzrə ərzaq məhsullarının, içkilərin və tütün məmulatlarının istehlak qiymətləri indeksinin mart ayına nisbətən 115,1%, qeyri-ərzaq məhsullarının isə 100,3% artdığı bildirilir. Bundan əlavə, 2023-cü ilin mart ayında istehlak qiymətləri indeksinin fevral ayına nisbətdə 0,7% yüksəldiyi bildirilir. DSK-nın hesabatına inansaq, belə çıxır ki, kəskin bahalaşma yalnız aprel ayında müşahidə edilib. Ölkəmizdə hər ay, az qalsın hər gün qiymət yüksəlməsi yaşanır. İstehlak qiymətləri indeksini müəyyən etmək üçün bir sıra məhsul və xidmətlərin, əsasən də minimum istehlak zənbilinə daxil olan malların qiymətləri əsas götürülür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə çörək 32,65%, makaron 52,1% , kərə yağı 42,30%, qarğıdalı yağı 60%, qarabaşaq 50%, düyü 47%, toyuq əti 75%, mal əti 40%, pendir 125%, şəkər tozu 60%, çay 144,4%, soğan 95%, kartof 45%, badımcan 73% bahalanıb. Belə olan halda, istehlak qiymətləri indeksinin əvvəlki ilin aprel ayına nisbətdə 12,8% yüksəlməsi reallığı əks etdirmir. DSK-nın hesabatında, ev təsərrüfatlarında aylıq adambaşına düşən istehlak xərclərinə nəzər yetirsək, insanlarımızın aylıq gəlirinin 45-50%-ni ərzaq məhsullarına, cəmi 3-3,5%-ni istirahət və mədəniyyət xidmətlərinə xərclədiyini görərik. Bu, qiymətlərin yüksək olmasının bir başqa göstəricisidir”.

Ekspert əlavə edib ki, hazırda vətəndaşlar gəlirlərinin yarısını qida məhsullarına ayırmaq məcburiyyətindədir: “Təəccüblüsü də odur ki, şəhər və kənd yerləri üzrə bu faiz nisbətləri arasında fərq yoxdur. Şəhər və kəndlərdə yaşayan əhalinin yaşayış səviyyəsi demək olar ki, eynidir. İnflyasiyanın mənfi nəticəsi ölkədə ümumi rifah səviyyəsinin enməsidir. Çünki qiymətlər artır, gəlirlər isə olduğu səviyyədə qalır. Rifah səviyyəsini yüksəltmək üçün dövlət gəlirləri inflyasiya həddinə müvafiq artırmır. Sahibkarlar isə inflyasiya şəraitində yeni iş yerləri açmaqda maraqlı olmurlar. Əvəzində əllərindəki nağd pulu daşınmaz əmlaka, qızıla və valyutaya investisiya etməklə rahat pul qazanmağa üstünlük verirlər. İnflyasiyanın ağır yükünü çəkən sadə vətəndaşlardır”.





Paylaş:


Müəllif : Tarix:
12-05-2023, 09:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər