Atıcılıq Federasiyasının vitse-prezidenti: “İdmançılarımız bütün növlərdə çıxış edəcəklər”

“Azərbaycan Dünya Çempionatında 31 idmançı ilə təmsil olunacaq. Onlardan 12-si stend, digərləri güllə atıcılığı üzrə mübarizə aparacaq. 16 kişi, 15 qadın idmançımız olacaq”.
Regionxeberlericom.az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü Dünya Çempionatı ərəfəsində təşkil olunan mətbuat konfransında Azərbaycan Milli Olimpiya Komitəsinin və Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova deyib.
O bildirib ki, Azərbaycanın gənc idmançıları da yarışda mübarizə aparacaqlar
“Son yarışlarda gənclərimiz çox yaxşı nəticələr göstəriblər. Təcrübəli atıcılarımız da olacaq. İdmançılarımız bütün növlərdə çıxış edəcəklər. Hamısı hazırlaşır, istəyirlər ki, yaxşı nəticə qazansınlar. Məşqlər üçün hər cür şərait yaradılıb. İnanırıq ki, bacarıqlarını göstərəcəklər”.
Qeyd edək ki, Dünya Çempionatının açılış mərasimi bu gün olacaq. Yarış sentyabrın 1-dək davam edəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-08-2023, 14:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...