reklam
Regionxeberlericom.az » İdman » DÇ: 1/4 finalda azərbaycanlı güləşçilərdən biri uduzub - YENİLƏNİR

reklam

DÇ: 1/4 finalda azərbaycanlı güləşçilərdən biri uduzub - YENİLƏNİR




Azərbaycan sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/4 final görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 61 kq çəki dərəcəsində yer alan Qvarzatilovun rəqibi iranlı ikiqat Asiya çempionu Behnam Eşaq Ehsanpur olub. Gərgin keçən görüş Ehsanpurun qələbəsi ilə yekunlaşıb - 13:12.

***12:15

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun 1/8 finalda rəqibi ukraynalı Dmitri Tkaçenko olub.

Görüş Həsənovun qələbəsi ilə yekunlaşıb - 5:0.

Onun 1/4 finalda rəqibi qazaxıstanlı Qalımjan Usserbayev olacaq.

***11:46

Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 61 kq çəki dərəcəsində yer alan Qvarzatilovun 1/8 final mərhələsində rəqibi kubalı Yovlis Bonne Rodriges olub.

Görüş Qvarzatilovun qələbəsi ilə yekunlaşıb - 7:0.

Onun 1/4 finaldakı rəqibi iranlı Behnam Eşaq Ehsanpur olacaq.

***11:25

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/8 final görüşünü keçirib.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Olimpiya, dünya və Avropa çempionunun rəqibi ukraynalı dünya və olimpiya mükafatçısı Valeri Andreytsev olub. İlk hissədən 9:0 hesablı üstünlüklə ayrılan Şərifov fasilədən sonra rəqibinə 4 xal versə də, qələbəni qoruya bilib - 11:4.

Görüş Şərifovun qələbəsi ilə yekunlaşıb - 4:0.

Onun 1/4 finalda rəqibi gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze olacaq.

***09:55

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında ilk görüşünü keçirib.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Şərifov təsnifat mərhələsinə təsadüf edən ilk görüşündə cənubi koreyalı Minvon Seu ilə üz-üzə gəlib.

İlk hissədən 9:0 hesablı üstünlüklə ayrılan Şərifov fasilədən sonra rəqibinə 4 xal versə də, qələbəni qoruya bilib - 11:4.

Olimpiya, dünya və Avropa çempionunun 1/8 finalda rəqibi ukraynalı Valeri Andreytsev olacaq.

***09:33

Azərbaycanın sərbəst güləşçisi Aleksandr Qostiyev Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında mübarizəyə məğlubiyyətlə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən Qostiyev təsnifat mərhələsinə təsadüf edən ilk görüşündə özbəkistanlı Cavrail Şapiyevə uduzub - 1:4.

***08:41

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın son 4 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, olimpiya çəkilərində ilk görüşlər təsnifat, qeyri-olimpiya çəkilərində isə 1/8 final mərhələsinə təsadüf edəcək.

Əvvəlcə olimpiya çəkilərində Avropa mükafatçısı Aleksandr Qostiyev (86 kq), eləcə də Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov (97 kq) döşək üzərinə çıxacaq. Qostiyev təsnifat mərhələsində özbəkistanlı Javrail Şapiyevlə, Şərifov cənubi koreyalı Minvon Seu ilə üz-üzə gələcək.

Qeyri-olimpiya çəkilərində isə dünya çempionatının bürünc mükafatçısı Əhmədnəbi Qvarzatilov (61 kq) ilə ikiqat Avropa çempionu, dünya və olimpiya mükafatçısı Cəbrayıl Həsənov (79 kq) çıxış edəcək. Qvarzatilov 1/8 finalda kubalı Yovlis Bonne Rodrigeslə, Həsənov isə Andrjey Pyotr Sokalski (Polşa) - Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.

61 kq

1/8 final. Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriges (Kuba)

79 kq

1/8 final. Cəbrayıl Həsənov - Andrey Sokalski (Polşa) / Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi

86 kq

Təsnifat. Aleksandr Qostiyev - Cavrail Şapiyev (Özbəkistan)

97 kq

Təsnifat. Şərif Şərifov - Minvon Seu (Cənubi Koreya)

Qeyd edək ki, hələlik Azərbaycan sərbəst güləşçiləri dünya çempionatında nə medal, nə də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazana biliblər. Qadın güləşində Mariya Stadnik (50 kq) dünya çempionluğu və olimpiadaya vəsiqə, yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.


Paylaş:


Müəllif : Tarix:
21-09-2019, 12:57
Sikayət   


loading...
Загрузка...