Millimizin baş məşqçisi: O soyuqlamışdı deyə, dünya çempionatına aparmadıq

Sonuncu dünya çempionatının nəticəsini normal qiymətləndirərdim. Çünki biz, əsasən, kikboksinqin “low kick” və K1 qaydaları üzrə yarışırıq. Bu qaydalar peşəkar kikboksinqə yaxın olduğundan, Azərbaycan çempionatı da bu versiyalar üzrə keçirilir. Amma Antalyada keçirilən dünya çempionatında “full contact”da çıxış etdik. Orda da medal qazana bildik.
Bunu Oxu.Az-a kikboksinq millimizin baş məşqçisi Elşən Abdulrəhimov deyib.
Kikboksinqdə ən mötəbər qurum kimi tanınan WAKO oktyabrda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda və noyabrda Türkiyənin Antalya şəhərində dünya çempionatları keçirdi. İdmançılarımız bu yarışlardan müvafiq olaraq doqquz və beş medal qazana bildi.
Baş məşqçi idmançılarımızın çıxışlarını qiymətləndirərkən onların bəzilərinin hər iki yarışda iştirak edə bilməsini belə əsaslandırıb:
“Antalyada keçirilən dünya çempionatında “full contact”da çıxış etmək üçün idmançılarda ustalıq lazımdır. Ustalıq imkan verirsə, aparırıq. Ona görə də Eduard Məmmədov həm oktyabrda Bosniya və Herseqovinada keçirilən keçirilən, həm də bu ay Türkiyədə keçirilən dünya çempionatlarında çıxış edə bildi”.
O daha sonra iki idmançımızın son anda Antalyaya aparılmamasından danışıb. Baş məşqçi onlardan birinin adını çəksə də, digərini gizlətməyə çalışıb:
“Orxan Məlikovun səhhətində problem yarandı. Soyuqlamışdı deyə, heyətdən çıxarıldı. Çəki problemi olan digər idmançımızın adını isə açıqlamaq istəmirəm. Onu da Antalyaya aparmamışdıq. Ona görə də əvvəl nəzərdə tutulan 12 yox, 10 idmançı ilə dünya çempionatında mübarizə apardıq. 10 nəfərdən beşinin medal qazanması isə yaxşı nəticədir”.
Daha sonra o, dekabrın 14-də Almaniyanın Duysburq şəhərində keçiriləcək qarşıdakı yarışdan danışıb. O, hansı idmançılarımızın orda çıxış edəcəyini də açıqlayıb:
“Bu turnir Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi turnirdir. Orda Azərbaycanın altı kikboksçusu Almaniya yığmasına qarşı vuruşacaq. Daha əvvəl Avropa, dünya, Asiya, Avstriya, Afrika, Rusiya və Türkiyə yığmalarına qarşı görüşlərimiz olub. Naxçıvanda, Bakıda, Bişkekdə, Sankt-Peterburqda, həmçinin CAR-da bu xatirə turniri federasiyamız tərəfindən keçirilib.
Hər il mayda keçirilsə də, bu il işlərin çoxluğu üzündən yarış dekabra nəzərdə tutulub. Ramal Aslanov, Turan Qafarov, Anar Məmmədov, Orxan Məlikov, Fuad Həşimi və Zöhrab Əzimov biz tərəfdən döyüşəcək.
Ən ağır çəkili idmançımız Rəcəb Fərəczadənin “Glory” peşəkar kikboksinq təşkilatı ilə müqaviləsi olduğundan, onun yığmaya qoşulması son zamanlar mümkün deyil. Amma onun həyat yoldaşı Nehir Rəcəbzadə isə Sarayevodakı dünya çempionatında iştirak edib uduzub.
Gələn il Dünya Kuboku mayda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Həmçinin 2020-ci ildə WAKO-nun iki Avropa çempionatı olacaq. Böyük ehtimalla, bunlardan birincisi Ankarada baş tutacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-12-2019, 17:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-12-2019, 17:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II