reklam
Regionxeberlericom.az » Gündəm » BDYPİ-də açıq bazar açan KİMDİR? - Bunu hamı bilir, amma hamı görmür...

reklam

BDYPİ-də açıq bazar açan KİMDİR? - Bunu hamı bilir, amma hamı görmür...








Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “DYP sistemində Kamran Əliyev fenomeni” başlıqlı məqalə dərc etmişdik. Məqalədə qeyd etmişdik ki, 2020-ci ilin ilin oktyabrında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə yeni vəzifə verilərək o, Baş DYP İdarəsinin rəis müavini, eyni zamanda, İmtahan Qeydiyyat İdarəsinə rəis təyin olundu. Aktualxeber.az saytı təyin edildiyi gündən bəri bu şəxsin DYP-də hansı yeniliklərlə yadda qaldığı barədə araşdırma aparıb.

DYP sistemindəki rüşvət və korrupsiyadan danışarkən ilk ağla gələn birbaşa Kamran Əliyevin rəhbərlik etdiyi sürücülük vəsiqəsinin verilməsidir. İlk baxışdan K. Əliyev deyə bilər ki, nəzəri imtahanlar test üsulu ilə keçirilir və kim 10 suala doğru cavab yazırsa, sürücülük vəsiqəsini ala bilir. Düzdür, nəzəri sürücülük imtahanları test üsulu ilə keçirilir. Ancaq əslində isə bu gün 1.000 manat rüşvət verməyib sürücülük vəsiqəsi alan adamları barmaqla saymaq olar. Onu da qeyd edək ki, K. Əliyev bu vəzifəyə təyin olunana qədər qiymət 900 manat idi. İmtahan keçirilən zalın yaxınlığında gəzişən maklerlər vasitəsi ilə imtahan komissiyasına 1000 AZN verən şəxs 2 saat ərzində sürücülük vəsiqəsini almış olur. Verməyən “kəsilir” və yenidən imtahan vermək üçün 15 gün gözləməli olur. Nəzəri imtahanı verən şəxsi digər tərəfdən də “yezda” adlanan sürücülük qabiliyyətini yoxlayan imtahanda süni olaraq sıxışdırırlar. İmtahandan keçən şəxslərə “yezda” imtahanı zamanı elə avtomobil verilir ki, həmin şəxs onu idarə etməkdə çətinlik çətir və nəticədə kəsilir.

Dövlət Yol Polisi sistemində ən çox korrupsiya və rüşvətxorluq halları yenə də Kamran Əliyevin kurasiyasında olan avtonəqliyyat vasitələrinin uçotu, qeydiyyatı və digər rəsmiləşdirmə sahəsindədir. Onlardan qanunla nəzərdə tutulmaş məbləğdən əlavə rüşvət tələb edilir. Əks təqdirdə, bürokratik əngəllərlə vətəndaşlar get-gələ salınır. Baş Dövlət Yol Polis İdarəsində hər bir otagın oz məzənnəsi var.Vətəndaş maşınını texniki baxış bokslarından keçirdikdən sonra 3-cü otaga keçir və burada alqı satqı müqaviləsi baglayarkən vətəndaşdan qanunsuz olaraq 10 azn pul tələb olunur.Əlində Bankın verdiyi 10 manat odəniş qəbzinin olmasına baxmayaraq vətəndaşdan yenidən 10 manat tələb edirlər.Buna etiraz edən vətəndaşa isə ag vərəqi verib “ged ozun sənədi doldur gətir” deyirlər. Nəticədə isə bunu bacara bilməyən vətəndaşlar onların məcburən dedikləri 10 manatı verməli olurlar. Mülki geyimdə otaqda oturmuş bir kişi və bir xanım bu müqavilə üçün 10 azn manat tələb edir. Hələ 5-ci otaqda oturmuş polis mayoru avtomobilin girovdan çıxarılması üçün vətəndaşlardan qanunsuz olaraq 10 manat tələb edir.Bundan başqa 1-ci otaqda oturmuş polis əməkdaşı bir mohuru 10 azn-ə vurur. Bunlar hələ bizim gordüklərimiz və müşahidə etdiklərimizdir.Bu xərclər və rüşvətlə bir yerdə vətəndaşın orda ucuz və mühərrikinin həcmi kiçik olan avtomobilə adi nömrə almaq üçün ən azı rüsumundan iki dəfə artıq, yəni 250-300 manat pulu çıxır.

Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarına olan maraq nömrələrin qiymətini fantastik dərəcədə artırıb. Nömrə biznesi də birbaşa Kamran Əliyevin kurasiyasıdır. Belə qənaətə gəlirik ki, bu şəxsin vəzifəyə təyin edilməsindən sonra rüşvətlə alınan pulların miqdarı daha da artıbdır. Biznesini genişləndirən və gəlirini artırmaq qərarına gələn K.Əliyev 77 seriyası ilə başlayan nömrələri açıq-aşkar satmaqdadır. Bu işləri görmək üçün isə o, DYP-də yeni korrupsioner şəbəkə formalaşdırmışdır. Bütün günü şəhərdə seriyaları açılmamış avtomobil nömrələri ilə şütüyən maşınları görə bilərsiniz. Məsələn 77 LL 777 seriyası ilə gəzən “NİVA” və 77 ZZ 777 seriyalı “Mersedes” avtomobillərinə hamı şəhərdə rast gələ bilər.77 ilə başlayan qarışıq hərflərlə olan, sonluğu da 777 olan avtomobil nömrəsinin qiyməti 20.000 manatdır. Bu nömrənin rüsumu cəmi 1.000 manatdır. Eyni hərflərlə olan nömrələrin rüsumu isə 1500 manat olsa da, DYP-də K.Əliyev onu 30.000 manata satır. Rüsumla satılan nömrə arasındakı fantastik fərqi hesablamaq üçün riyaziyyatçı olmağa ehtiyac yoxdur.

Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//




Paylaş:


Müəllif : Tarix:
7-06-2023, 08:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər