reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu gün 8790 şagird üçün buraxılış imtahanı keçirilib - YENİLƏNİB

reklam

Bu gün 8790 şagird üçün buraxılış imtahanı keçirilib - YENİLƏNİB



Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahanlar 10 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 41 imtahan binası, 696 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 41 ümumi imtahan rəhbəri, 115 imtahan rəhbəri, 836 nəzarətçi–müəllim, 82 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 41 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 imtahan nəzarətçisi isə imtahan iştirakçısına kömək etməyə cəhd göstərdiyi üçün imtahan rəhbəri tərəfindən imtahandan xaric olunub. Baş vermiş qayda pozuntusu ilə bağlı araşdırma aparılacaq və müvafiq tədbir görüləcəkdir.

İmtahan iştirakçılarının diqqətli olması və tələb olunan qaydalara riayət etməsi üçün digər bir məsələni də qeyd etmək istərdik. Təəssüf ki, ötən buraxılış imtahanlarında abituriyentlər (4 nəfər) tərəfindən sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə yayması hallarına rast gəlinib. Həmin qayda pozuntularına yol vermiş imtahan iştirakçılarının kimliyi müəyyən olunub və onlar haqqında araşdırma aparılır.

Abituriyentlər nəzərə almalıdırlar ki, imtahan başa çatdıqdan sonra da DİM tərəfindən yoxlama aparılır və qayda pozuntularına yol vermiş şəxslərin nəticələri ləğv olunur.

Aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

06.00

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.

DİM-dən APA-ya verilən məlumata görə, Ağdaş, Beyləqan, Cəlilabad, Goranboy, Qobustan, Salyan, Ucar, Xaçmaz, Zaqatala rayonlarında və Naftalan şəhərində keçiriləcək imtahanda 8790 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Xatırladaq ki, 22-23 aprel tarixlərində respublikanın 26 şəhər və rayonunda buraxılış imtahanı keçiriləcək. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 126 imtahan binası, 2055 imtahan zalı, imtahanların idarə olunmasına 126 ümumi imtahan rəhbəri, 340 imtahan rəhbəri, 2548 nəzarətçi-müəllim, 252 buraxılışı rejimi əməkdaşı (mühafizə), 126 bina nümayəndəsi ayrılıb.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.


Paylaş:


Müəllif : Tarix:
22-04-2021, 15:11
Sikayət   


loading...
Загрузка...