reklam
Regionxeberlericom.az » Gündəm » Ramiz Zeynalovdan qurtuluş yolu: şerif sisteminə keçid - VİDEO

reklam

Ramiz Zeynalovdan qurtuluş yolu: şerif sisteminə keçid - VİDEO


Ötən həftə Bakıda taksi şoferinin cərimə yazmasına görə yol polisini söyməsi, sonra video çıxışla ondan üzr istəməsi, ardınca elə həmin DYP əməkdaşının işdən azad edilməsi bir daha bu sistemdəki ciddi boşluqları, axsaqlıqları üzə çıxardı. Axı sual doğururdu ki, yol polisi taksi şoferini hansı həddə çatdırıb ki, onu təhqir etməyə məcbur qalıb?!Şübhəsiz ki, sürücününü hərəkətini təqdir etmək olmaz, səhv etmişdi, lakin elə DYP əməkdaşının işdən çıxarılması ilə həm də mesaj verildi ki, polis son dərəcə təmkinli olmalı, yeri gəldi-gəlmədi cərimə yazmamalıdır.O da məlum oldu ki, DYP əməkdaşlarına yeni uniformalar verməklə problemlər həllini tapmır. Çünki “üstü bəzək, altı təzək” siyasəti DYP sistemində özbaşınalıqları, qanunsuzluqları müvəqqəti ört-basdır edə bilər.Ona görə ki, ABŞ polis sistemindəki şeriflərin uniformasiyanı geyinmək olar, amma necə deyərlər, “mənim başmağımı geyinə bilərsən, məni kimi gəzə bilməzsən”.Bu mənada Azərbaycan yol polisinin təkcə uniformada amerikalı şeriflərə oxşaması kifayət eləmir, eyni zamanda sistem olaraq da onlara bənzəməlidirlər. Necə ki, Gürcüstan yol polisi sabiq prezident Saakaşvilinin vaxtından şerif sisteminə keçid edib.Anaxeber.info yazır ki, bunun üçün ilk növbədə DYP-də ciddi şəkildə ixtisarlar aparılmalıdır, yol polis əməkdaşlarının sayı azaldılmalıdır, hər tin, hər küçə, hər dairə başında YPX avtomobilləri dayanmamalıdır, insanlar psixoloji olaraq hiss etməlidirlər ki, onları təqib edən, maşının içində oturub planşetlə radara salan, gizli çəkən polislər yoxdur. Gürcüstan yollarında adda-budda yol polisinə rast gəlmək olar. Onlar yeri gəldi-gəlməsi sürücüləri saxlamırlar. Tiflisdə tək-tük YPX maşınları görmək olur. Bakıda isə sayı-hesabı bitməz, az qala hər sürücüyə bir DYP əməkdaşı düşür. Bu baxımdan şerif sisteminin tətbiqi DYP əməkdaşlarının sayının azaldılmasını şərtləndirir. Artıq DYP ictimai rəydə o dərəcədə mənfi imic qazanıb, o dərəcədə sürücü batalyonunun nifrətinə sahiblənib ki, bu strukturun maşın kimi sökülüb, təzədən yığılması zərurəti yaranıb.İslahatların növbəti mühüm bəndi Qeydiyyat-İmtahan Şöbələrindəki vəziyyətlə bağlı olmalıdır. Hazırda “MERO”lar sürücülük vəsiqəsi satan marketlərə oxşayırlar. Heç kimə sirr deyil ki, 1000-1200 manat civarında imtahan vermədən, sürücülük vəsiqəsi almaq mümkündür. Bu da oxumayan, yol hərəkəti qaydalarından bixəbər şəxslərin tezliklə sürücüyə, qısa müddətdə isə trafik canavarına çevrilməsinə gətirib çıxarır. Ölkədə avtoqəzaların başlıca səbəbləri - sürücülük vəsiqəsi olmadan nəqliyyatın idarə olunması, içkili vəziyyət və sürət həddinin aşılmasıdır. Amma Baş Dövlət Yol Polisi İdarəsi “MERO”larda “prava” bazarlığına qarşı hər hansı tədbirlər görmür. İndiyə qədər rüşvətlə sürücülük vəsiqəsi təşkil edən hansısa rütbəli barəsində ölçü götürülməyib. Odur ki, şerif uniformasında gəzməklə deyil, islahat aparılması üçün sistemin əsas budaqlarından olan “MERO”larla bağlı radikal addımlar atılmalıdır. Digər bir problem isə elə BDYPİ-nin ayrı-ayrı şöbələrində sürücülərlə sövdələşmələrdir. Oxucuların tanışları və ya özləri də bu hallarla qarşılaşıblar: radarların “hörmət”lə silinməsi, yüngül qəza ilə bağlı “anlaşma”lar və s. ilaxır.Bütün bu neqaitv halların heç biri şerif sistemində yoxdur. Lakin islahatlar təkcə struktur və sistematik xarakter daşımamalıdır, sərhədlərini aşaraq kadr dəyişiklikləri də reallaşmalıdır. Elə bunun üçün BDYPİ-nin az qala əbədi rəisinə çevrilən, general Ramiz Zeynalovu gənc, yeniliyə can atan, fərqli, kreativ ideyalar verməyi bacaran, müasir zamanın tələblərinə, texnoloji inkişafa cavab verən, internet əsrinin nəbzini tuta bilən, köhnə sistemdən qalan bu cür mənfi halları aradan qaldırmaq iradəsinə malik bir kadr əvəzləməlidir. Yalnız ondan sonra şerif sisteminə keçid haqda danışmaq olar. Bir qədər uzağa getmiş olsaq da, İctimai Televiziya və AzTV-dəki rəhbər dəyişikliklərinin hansı müsbət irəliləyişlərə gətirib çıxardığını nümunə göstərə bilərik.Bu gün ən çox Ekologiya postu, Qaradağ postu, Göytəpə postu və s. barəsində tez-tez sürücülərdən şikayətlər gəlir. Sanki bunlar rüşvət postlarıdır. İslahatlar bu sahələrdə də qaçılmazdır.Həmçinin, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Vahid Nuriyevin də yaratdığı bazar reformalar dalğasına getməyə məhkumdur. Çünki MMX-sı olan sürücü xidmətə üz tutduqda ilk “ilişdiyi” yer 403-cü otaq olur. Həmin otaqda polis zabiti əyləşir. Onun funksiyası MMX-sı olan sürücülərlə ortaq dil tapıb, “problem” həll etməkdən ibarətdir.Anaxeber.info təkcə son bir ildə və son həftələrdə DYP ilə bağlı faktların xülasəsini hazırlayaraq, real durumun ağırlığını diqqətə çatdırıb. Faktlardan çıxan qənaət budur ki, DYP R.Zeynalovla V.Nuriyevin iri “caynaq”ları arasında sıxılıb və sürücülər “cərimə repressiyası”nın qurbanına çevrilməkdədirlər.Məsələn, bu ilin iyulunda sosial şəbəkələrdə yol polisi əməkdaşının yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət aldığını əks etdirən videogörüntülər yayılmışdı. Videodan aydın olurdu ki, yol polisi iki gəncdən 10 manat pul alaraq onlara qanunla nəzərdə tutulan protokolu yazmır.Bir müddət əvvəl isə jurnalist Əvəz Zeynallı başına gələnləri nəql etmişdi, DYP-dəki rüşvətdən yazmışdı.Mətbuatda kifayət qədər vətəndaş şikayətlərinə rast gəlmək olur ki, onlar ayrı-ayrı bölgələrin yol polisindən narazılıq edirlər. Yeri gəlmişkən, bakupost.az yazmışdı ki, yeni nazir ilk olaraq Qeydiyyat-İmtahan İdarələrinin ləğvini nəzərdə tutub. Bu idarələrin ləğv edilməsi xeyli müddətdir, müzakirə mövzusudur. Əsas işi sürücülük vəsiqələrinin və avtomobillərinin dövlət qeydiyyat nişanlarının verilməsi olan bu idarələrin səlahiyyətinin başqa aidiyyəti qurumlara verilməsi dəfələrlə gündəmə gəlsə də, hansısa qüvvələr onu ertələyib. Yeni nazir isə bu işi tez bir zamanda həll etməyi planlaşdırıb.Vilayət Eyvazovun nəzərdə tutduğu daha bir addım isə kifayət qədər sensasion hesab oluna bilər. O, əksər Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da yol polisinin ümumiyyətlə, ləğv olunmasını istəyir. Yeni nazir böyük vəsaitlər hesabına alınmış radarlar, təhlükəsizlik kameraları olduğu halda yol polisi ordusuna zərurət hesab etmir. Gözləyək, görək... Mənbənin verdiyi məlumata görə, yol polisinin səlahiyyətləri əsasən üç qurum arasında bölünəcək - Post Patrul Xidməti, Nəqliyyat Agentliyi, ASAN xidmət. Bu köklü dəyişikliyin ilin sonuna qədər reallaşması gözlənilir.(AnaXeber.info)











Paylaş:


Müəllif : Tarix:
26-09-2019, 11:21
Sikayət   


loading...
Загрузка...